14:34 07 Dekabr 2016
Canlı yayım
Bıçaq

Bakıda törədilən qanlı olayın detalları bəlli olub

qafqazinfo.az
HADİSƏ
Qısa URL
134930

İyunun 29-da Bakının Nərimanov rayonu ərazisində 25 yaşlı Yasamal rayon sakini Nazim Ələkbərovun ölümünün detalları barədə Sputnik-ə məlumat daxil olub.

BAKI, 30 iyun — Sputnik. İyunun 29-da Bakının Nərimanov rayonu ərazisində 25 yaşlı Yasamal rayon sakini Nazim Ələkbərovun ölümünün detalları barədə Sputnik-ə məlumat daxil olub. 

Bu barədə Sputnik-ə hadisə şahidlərinin verdiyi məlumata görə, cinayət iyunun 29-da səhər saatlarında baş verib. 

Belə ki, 1990-cı ilə təvəllüdlü Nazim Ələkbərovla 1991-ci ilə təvəllüdlü Kamran Həsənzadə arasında mübahisə yaranıb. Mübahisə zamanı Nazim içkili olub. Mübahizə zamanı Nazim beysbol taxtası ilə Kamrana ciddi xəsarət yetirib və o sifət nahiyəsindən ciddi xəsarət alıb. Özünə gələn Kamran əlinə keçən iti alətlə Nazimə bir neçə zərbə endirib. Bir neçə zərbədən sonra Nazim yerə yıxılıb və huşsuz vəziyyətdə qalıb. Onun bu vəziyyətə düşdüyünü görən Kamran Nazimi xəstəxanaya götürüb. Ağır vəziyyətdə olan Nazim xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanada isə onun öldüyü bildirilib. Nazimin ölüm xəbərini alan Kamran Həsənzadə könüllü surətdə yaxınlıqdakı polis bölməsinə gedərək təslim olub.

Qeyd edək ki, əvvəlcədən bu iki şəxs arasında ünsiyyət olmayıb. Sadəcə həmən gün onlar  K. Həsənzadənin yaşadığı məhəllədə rastlaşıblar və aralarında yaranan mübahisə dəhşətli faciə ilə nəticələnib.

Faktla bağlı Nərimanov rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir və hadisənin təfərrüatı araşdırılır.

Əsas mövzular