03:51 04 Dekabr 2016
Canlı yayım
Avtomobil qəzası

Bakı-Quba yolunda iki avtomobil toqquşub, yaralananlar var

© Flickr/
HADİSƏ
Qısa URL
24 0 0

“Qazel” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

BAKI, 30 iyun — Sputnik. Bu gün Bakı-Quba-Rusiya federasiyası dövlət sərhədi magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik-in APA-ya istinadən verdiyi məlumata görə, qəza magistralın 57-ci km-də, Xızı rayonunun Sİtalçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Qazel” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib. Bunlar Bakı şəhər sakinləri — 1964-cü il təvəllüdlü İmanova Roza Eldarovna, 1978-ci il təvəllüdlü Şirməmmədzadə Nailə Tofiq qızı və 2001-ci il təvəlüdlü Vəliyeva Nigar Mais qızıdır. İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar. 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. 


Əsas mövzular