03:51 04 Dekabr 2016
Canlı yayım
Partlayış

Yəməndə baş verən partlayışda 10 nəfər ölüb

youtube.com
HADİSƏ
Qısa URL
23 0 0

Terror aktına görə məsuliyyəti İŞİD-ə bağlı olan "Səna Vilayəti" adlı təşkilat öz üzərinə götürüb.

BAKI, 30 iyun — Sputnik. Yəmənin paytaxtı Sənada gecə saatlarında partlayış baş verib.

Şəhərin Ferai küçəsində Hərbi hospitalın yaxınlığında içərisində bomba olan avtomobil partlayıb.

Hücum nəticəsində ən azı 10 nəfər həlak olub. 20-dən artıq insan isə yaralanıb.

Terror aktına görə məsuliyyəti İŞİD-ə bağlı olan "Səna Vilayəti" adlı təşkilat öz üzərinə götürüb.

Təşkilatın Twitter hesabında, "Husilərə əleyhinə edilən bu hücum onlara qarşı başlanan əməliyyatın bir hissəsidir" açıqlaması yerləşdirilib.

Şiə husilər Yəməndə hökumət əleyhinə mübarizə aparırlar.

Əsas mövzular