21:21 09 Dekabr 2016
Canlı yayım
İsti

İşçiləri isti havada işlətdiyinə görə 2 müəssisəyə xəbərdarlıq edilib

j100.ru
HADİSƏ
Qısa URL
47 0 0

Son günlərdə havaların isti keçməsi açıq şəraitdə tikintidə və digər sahələrdə çalıçan işçilərin səhhətində ciddi problem yaradır və günvurma hallarını artırır.

BAKI, 29 iyun — Sputnik. Son günlərdə havaların isti keçməsi açıq şəraitdə  tikintidə və digər sahələrdə çalıçan işçilərin səhhətində ciddi problem yaradır və günvurma hallarını artırır. 

Azərbycan qanunvericiliyinə uyğun olaraq ölkə ərazisində havanın temperaturu 41 dərəcədən yuxarı olarsa, o zaman işlər dayandırılmalı və işçilərin sağlamlığı, təhlükəsizliyi təmin edilməlidir. Buna baxmayaraq havanın temperaturu 41 dərəcədən artıq olsa da, biz açıq hava şəraitində iş getdiyinin şahidi oluruq. Bu gün belə hallara istər tikinti, istər pərakəndə ticarət, kənd təssərrüfatı sektorlarında çalışanlar, istərsə də digər sahələrdə tez-tez rast gəlmək olur.

Məsələ ilə bağlı olaraq bu sahəyə dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdik. Müfəttişliyin sektor müdiri Emil Allahverdiyev Sputnik-ə açıqlamasında bildirdi ki, havanın temperaturu 41 dərəcədən yuxarı olduğu təqdirdə işçilərin açıq hava şəraitində işləməsi məsələsi daim nəzarətdə saxlanılır və bu məqsədlə təşkilat tərəfindən mütəmadi olaraq monitorinq aparmaq üçün reydlər təşkil olunur: “Bundan əlavə olaraq müəssisələr qarşısında bu məsələnin aktuallığı qaldırılır və maarifləndirmə işləri həyata keçrirlir. Havanın temperaturu 41 dərəcəni keçən kimi Müfəttişlik tərəfindən reydlər təşkil olunur və açıq hava şəraitində, qızmar günəş altında işləyənlərin vəziyyəti yoxlanılır. Belə müəssisələr daim nəzarət altında saxlanılır. Əgər temperatur nəzərdə tutulduğu normadan artıqdırsa, o zaman işçilərin sağlamlığının və təhlükəsiziliyinin təmini məqsədi ilə növbəlilik əsasında işlərin həyata keçirilməsi müəssisələrin diqqətinə çatdırılır.”

Allahverdiyev onu da əlavə etdi ki, təkcə son bir həftə ərzində əmək qanunvericiliyinin bu tələblərini pozduğuna görə DƏMX tərəfindən iki müəssisəyə xəbərdarlıq edilib.

Günvurma  ilə bağlı hər hansı faktın olmasına gəldikdə isə Allahverdiyev bildirdi ki, bu il günvurma faktı ilə bağlı quruma hər hansı məlumat və şikayət daxil olmayıb.

Allahverdiyev qeyd etdi ki, təmsil olunduğu təşkilat reydləri təkcə Bakı şəhəri və onun ətrafında deyil, ümumiyyətlə bütün respublikada həyata keçirir.

Qeyd edək ki, Əmək Məcəlləsinin 233-cü maddəsində işçilərin hansı hava temperaturuna qədər açıq havada işləmələri göstərilir. Əmək Məcəlləsinə görə, işçilər havanın temperaturu 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində iş dayandırılmalıdır. 

Mövcud qanunvericiliyə görə, havanın temperaturu 45 dərəcədən çox olduqda, açıq havada görülən bütün növ işlər dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. 

Qaydalara nəzarət mexanizminə gəlincə, İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən, işçilər üçün normal iş şəraiti yaradılmalıdır. Bunu nəzərə almayanlar 1000 manatdan 2000 manat qədər cərimə edilir.

Əsas mövzular