10:48 03 Dekabr 2016
Canlı yayım
HADİSƏ

Azərbaycanda havanın temperaturu 40 dərəcəyə yüksələcək

HADİSƏ
Qısa URL
49 0 0

Sabah Bakıda və Abşeronda 36 dərəcə isti olacaq.

BAKI, 27 iyun — Sputnik. İyunun 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Əsas mövzular