18:41 10 Dekabr 2016
Canlı yayım
Pakistanda istidən ölənlərin sayı artır

Pakistanda isti qurbanlarının sayı min nəfəri keçdi

tsn.ua
HADİSƏ
Qısa URL
12 0 0

Ölkədə 40 min nəfərdən artıq adam günvurmaya məruz qalıb, 8 min nəfərdən artıq insan isə xəstəxanaya yerləşdirilib.

BAKI, 25 iyun — Sputnik. Cənubi  Pakistanda anomal hava şəraitindən ölənlərin sayı 1000 nəfəri keçib.

Daha öncə ölənlərin sayının 830 nəfər oldugu bildirilirdi. 

"Kəraçi şəhərində ölənlərin sayı 950 nəfərdən artıqdır, Sind əyalətinin qalan ərazisində isə ölənlərin sayı 50 nəfərdir", deyə DPA agentliyinə Jinnah xəstəxanasının rəsmi nümayəndəsi bildirib.  

Agentliyin bildirdiyinə görə, 40 min nəfərdən artıq  adam günvurmaya məruz qalıb, 8 min nəfərdən artıq insan isə xəstəxanaya yerləşdirilib.

Kəraçidə ötən istirahət günləri termometrin göstəricisi 45 dərəcəyə qədər yüksəlib. Yerli meteoroloji xidmətin məlumatına görə, bu gün temperaturun göstəricisi 37 dərəcəyə qədər enib.  

Həkimlər yerli əhalinin nəzərinə çatdırıb ki, günvurmadan özlərini qorusunlar və pambıq geyimlərə üstünlük versinlər. 

Son məlumata görə, Pakistan dövləti günvurmadan xəsarət alanlar  üçün yüz məntəqə təşkil  edib. 

Əsas mövzular