10:01 08 Dekabr 2016
Canlı yayım
Дождь

Sabah Abşeronda yağış yağacaq

© AZƏRTAC.
HADİSƏ
Qısa URL
44 0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah günün birinci yarısında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var.

BAKI, 25 iyun — Sputnik. İyunun 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 31-36 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun 24-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 24-29 dərəcə isti olacaq.

Əsas mövzular