22:02 02 Dekabr 2016
Canlı yayım
Suda boğulan şəxs

Özünü dənizə ataraq intihar edən şəxsi xilas ediblər

bezpanik.ru
HADİSƏ
Qısa URL
5 0 0

Sumqayıt şəhərində 1 nəfər intihar etmək məqsədilə dənizə tullanıb.

BAKI, 16 iyun — Sputnik. Xilasedicilər özünü dənizə ataraq intihar edən şəxsi xilas ediblər. 

Fövqəladə hallaq nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumatda bildirilir ki, bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər intihar etmək məqsədilə dənizə tullanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Dalğıc-xilasedicilər tərəfindən vətəndaş dənizindən çıxarılaraq aidiyyəti üzrə təhvil verib və bununla da, intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 12:35-də başa çatıb.

Bundan əlavə olaraq FHN dalğıc-xilasediciləri Bakı şəhəri, Suraxanı rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 600 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfəri xilas ediblər. Əməliyyat saat 12:00-da başa çatıb.

Əsas mövzular