22:03 02 Dekabr 2016
Canlı yayım
qazlar

Qaxda sərxoş qazlar möcüzə yaratdılar

HADİSƏ
Qısa URL
223581

Qaxın Lələpaşa kəndində Baharçiyevlər ailəsinin qazları tut arağı içdilər, sonra görün nələr oldu.

BAKI, 15 iyun – Sputnik. Qaxın Lələpaşa kəndində Baharçiyevlər ailəsi həyətdəki tutu kilimin üstünə çırpıblar.

İşin çoxluğundan baş qarışıb və bir də görüblər ki, tut qıcqırıb. Ondan heç nə düzəltməmiş yaxınlıqdakı zibilliyə töküblər. Ailənin 60 qazı isə tutu bir göz qırpımında yeyib. 

Sputnik-in əməkdaşı xəbər verir ki, bir müddət sonra zibilliyə gələn ev sahibəsi Sürəyya Baharçiyeva qazların hamısının öldüyünü görüb şoka düşüb. Ailənin oğlu Arif isə kor-peşman ölü qazları torbaya yığıb yaxınlıqdakı kanala atıb. Qazların başına gələn “faciə”yə görə xəcalətindən gecəni yata bilməyən Sürəyyə xanım, səhər yataqdan qalxıb həyətə çıxanda, gözlərinə inanmayıb. 60 qazın hamısı həyətdə qaqqıldaşır və ənənəvi olaraq ev sahibinin onları yemləməsini gözləyir.

Sən demə, artıq arağa dönmüş tutu yeyən qazlar kütləvi şəkildə sərxoş olublar və yuxulayıblar. Səhər tezdən isə ayılaraq atıldıqları kanaldan çıxıblar və öz evlərinə dönüblər.

Əsas mövzular