22:00 02 Dekabr 2016
Canlı yayım
Gürcüstan prezidenti daşqınlar baş verən ərazidə

Prezident Tiflisdə daşqınların baş verdiyi əraziyə baş çəkib

newsgeorgia.ge
HADİSƏ
Qısa URL
Tiflisdə fəlakət (4)
71 0 0

Daşqınlarda hələ ki, 11 nəfərin öldüyü, 10 nəfərinsə itkin düşdüyü bildirilir.

BAKI, 14 iyun — Sputnik. Gürcüstan prezidenti Georqi Marqvelaşvili Tiflisin daşqınların baş verdiyi rayonuna baş çəkib və təbii fəlakət zamanı ölənlərin ailələrinə başsağlığı verib. “Ölənlərin ailələrinə başsağlığı verirəm. Ailə üzvlərini belə gözlənilməz şəraitdə itirmək böyük faciədir. Biz meriyaya situasiyanın aradan qaldırılması üçün maliyyə köməkliyi edəcəyik. Situasiya ağırdır, amma onu aradan qaldırmaq lazımdır” – deyə Gürcüstanın dövlət başçısı bilirib. 

  • Gürcüstan prezidenti daşqınlar baş verən ərazidə
    Gürcüstan prezidenti daşqınlar baş verən ərazidə
    newsgeorgia.ge
  • Gürcüstan prezidenti daşqınlar baş verən ərazidə
    Gürcüstan prezidenti daşqınlar baş verən ərazidə
    newsgeorgia.ge
  • Tiflis daşqınlar helikopter
    Tiflis daşqınlar helikopter
    newsgeorgia.ge
1 / 3
newsgeorgia.ge
Gürcüstan prezidenti daşqınlar baş verən ərazidə

Sputnik Novosti-Qruziyaya istinadən xəbər verir ki, Bazar gününə keçən gecə Gürcüstanın paytaxtında indiyə qədər görünməmiş fəlakət baş verib. 

Daşqın nəticəsində 11 nəfərin öldüyü, 10 nəfərinsə itkin düşdüyü bildirilir. Daşqın yolları və infrastrukturu sıradan çıxarıb. Tiflis meriyasının məlumatına görə, zooparkdan 6 pələng, 6 şir, 13 canavar, 7 ayı qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları baş vermiş daşqın nəticəsində zooparkdan qaçan heyvanların tapılması istiqamətində tədbirlər görür.

Şəhər rəhbərliyinin açıqlamasına görə, zirzəmilər xüsusilə təhlükəli ola bilər.Daxili İşlər Nazirliyi şəhər sakinlərindən heyvanların aşkarlanacağı təqdirdə "Qaynar xətt"ə məlumat verməyi xahiş edib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən fəlakətin qarşısının alınması və xəsarət alanlara yardım məqsədilə fövqəladə qərargah yaradılıb. Baş nazir fəlakətin miqyasının böyük olduğunu diqqətə çatdırıb.

Mövzu:
Tiflisdə fəlakət (4)

Əsas mövzular