11:59 11 Dekabr 2016
Canlı yayım
Наводнение в Грузии

Tiflisdə daşqınlar nəticəsində on nəfər itkin düşüb

© Sputnik-georgia.ru
HADİSƏ
Qısa URL
Tiflisdə fəlakət (4)
46 0 0

Təbii fəlakət nəticəsində zooprakdan qaçan heyvanları Tiflis polisi axtarır.

BAKI, 14 iyun — Sputnik. Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 10-a çatıb. Sputnik Gürcüstanın "Rustavi2" telekanalına istinadən xəbər verir ki, Tiflis şəhərində baş verən daşqınlarda əvvəl 5 nəfərin itkin düşdüyü xəbər verilsə də, son məlumatlarda bu rəqəmin 10-na çatdığı qeyd olunub. 

Gürcüstan hökuməti paytaxta dəymiş ziyanı aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirir.

Tiflisin zooparkı yerləşən rayonunda isə vəziyyət xüsusilə ağır olaraq qalır.  

Təbii fəlakət nəticəsində paytaxt zooparkından heyvanlar qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları heyvanların tapılması istiqamətində tədbirlər görür.

Mövzu:
Tiflisdə fəlakət (4)

Əsas mövzular