11:53 11 Dekabr 2016
Canlı yayım
Atletlər kəndi

«Atletlər kəndi»ndə qəza törədən sürücü həbs olunub

© AZƏRTAC.
HADİSƏ
Qısa URL
86 0 0

«Bakubus» Məhdud Məsuliyyətli Cəmiyyətin aidiyyəti vəzifəli şəxslərinin hüquqi məsuliyyət məsələsinə də baxılır.

BAKI. 13 iyun – Sputnik. I Avropa Oyunlarının «Atletlər kəndi»ndə Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç və Luna Pacerin ağır yaralanması ilə nəticələnən qəzanı törədən sürücü həbs olunub. 

Sputnik xəbər verir ki, Respublikanın Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatlarına görə, 2015-ci il iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının «Atletlər kəndi»nin nəqliyyat deposunda, «Bakubus» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.  

Adları çəkilən idmançılar dərhal xəstəxanaya yerləşdirilərək onlara bütün zəruri tibbi yardımlar göstərilib. Sonra onlar müalicələrini davam etdirmək üçün Azərbaycan hökuməti tərəfindən Vyana şəhərinə göndərilib.

Fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanıb.

Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov elə həmin gün şübhəli şəxs qismində tutulub və ona ittiham elan edilməklə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Prosessual araşdırmalar çərçivəsində, həmçinin yüksək ixtisaslı sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən «Bakubus» Məhdud Məsuliyyətli Cəmiyyətin aidiyyəti vəzifəli şəxslərinin hüquqi məsuliyyət məsələsinə də baxılır.

İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Teqlər:
sinxron üzgüçülük, hərəkət zolağı, həbs qətimkan tədbiri, cinayət məcəlləsi, sürücü, idmançılar, yol-nəqliyyat hadisəsi, şübhəli şəxs, cinayət işi, tibbi yardım, Azərbaycan hökuməti, Avropa oyunları, Qəza, Bakubus» Məhdud Məsuliyyətli Cəmiyyəti, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Vəli Əhmədov, Luna Pacer, Vanessa Sahinoviç, Azərbaycan, Avstriya, Atletlər Kəndi, Bakı, Vyana

Əsas mövzular