06:16 11 Dekabr 2016
Canlı yayım
Gənclər və idman naziri Azad Rəhimov

İstintaq avstriyalı idmançılarla bağlı baş vermiş hadisəni araşdırır

axtar.az
HADİSƏ
Qısa URL
35 0 0

Azad Rəhimov: Hadisə nəticəsində xəsarət almış avstriyalı idmançıların müalicəsinin xərclərini Azərbaycan tərəfi üzərinə götürəcək.

BAKI, 12 iyun — Sputnik. İstintaq orqanları Bakıda avstriyalı idmançılarla bağlı baş vermiş hadisəni araşdırır.

Bunu Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, hazırda iyunun 11-də Atletlər kəndində baş vermiş hadisə ilə bağlı araşdırma gedir. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək: “Hadisə nəticəsində Avstriyadan olan üç xanım idmançı yüngül xəsarət alıb. Hazırda onların ikisinin vəziyyəti normaldır. Üçüncü idmançı isə Vyanada xəstəxanaya yerləşdirilib”.

Rəhimov əlavə edib ki, hadisə nəticəsində xəsarət almış avstriyalı idmançıların müalicəsinin xərclərini Azərbaycan tərəfi üzərinə götürəcək. Onun sözlərinə görə, Azərbaycanın Avstriyadakı səfirliyi bununla əlaqədar lazimi yardımı göstərir.

Əlaqədar

Atletlər Kəndində qəza olub

Əsas mövzular