14:34 07 Dekabr 2016
Canlı yayım
HADİSƏ

İraqın keçmiş xarici işlər naziri Tariq Əzizin cəsədi oğurlanıb

HADİSƏ
Qısa URL
9 0 0

Səddam Hüseynin prezidentliyi dövründə İraqın xarici işlər naziri olmuş Tariq Əzizin cəsədi oğurlanıb.

BAKI, 12 iyun — Sputnik. Səddam Hüseynin prezidentliyi dövründə İraqın xarici işlər naziri olmuş Tariq Əzizin cəsədi oğurlanıb.

Sputnik-in “Al Jazeera”ya istinadən verdiyi məlumata görə, bu il iyunun 5-də saxlandığı həbsxanada ürək çatışmazlığından ölən Tariq Əzizin meyitinin dəfn olunmaq üçün İordaniyanın paytaxtı Əmmana aparılmasına qərar verilib.

Bağdad hava limanında silahlı qrup meyiti aparan dəstəyə hücum edib və cəsəd oğurlanıb. Tariq Əzizin qızı Zeynəb Əziz bu məlumatı təsdiqləyib.

1936-cı ildə Mosulda anadan olan Tariq Əziz Səddam Hüseynin ən yaxın adamlarından sayılırdı. Ömürlük həbs cəzasına məhkum edilən Tariq Əziz Səddam Hüseynin 24 illik iqtidarı dövründə vəzifəsini qoruya bilən bir neçə şəxsdən biri, İraqda yüksək vəzifədə çalışan tək xristian olub.

Əlaqədar

Tarik Əziz öldü
Teqlər:
hava limanı, paytaxt, hücum, ürək çatışmazlığı, həbs cəzası, silahlı qrup, cəsəd, Oğurluq, Al Jazeera, Zeynəb Əziz, Tariq Əziz, Səddam Hüseyn, İordaniya, Əmman, Bağdad, İraq

Əsas mövzular