03:52 04 Dekabr 2016
Canlı yayım
Diyarbəkirdə partlayışda şübhəli bilinən

Diyarbəkirdəki partlayışı törədən şəxs Kanada kəşfiyyatçısı çıxdı

timeturk.com
HADİSƏ
Qısa URL
60 0 0

İyunun 5-də Diyarbəkirdə HDP mitinqi ərəfəsində baş verən partlayışla bağlı Türkiyə milli kəşfiyyatı və polisinin birgə keçirdiyi əməliyyatda şok nəticələr ortaya çıxıb.

BAKI, 11 iyun – Sputnik. İyunun 5-də Diyarbəkirdə HDP mitinqi ərəfəsində baş verən partlayışla bağlı Türkiyə milli kəşfiyyatı və polisinin birgə keçirdiyi əməliyyatda şok nəticələr ortaya çıxıb. 

Hadisəni törədən Orhan G.-nin 13 oktyabr 2013-cü ildə Suriyaya keçərək İŞİD-ə qatıldığı və terrorçuların düşərgəsində bomba partlayış təlimi aldığı təsdiqlənib. 

Cinayətkarın daha sonra iyunun 4-də Diyarbəkirə gələrək oteldə qaldığı və mitinq günü, yəni 5 iyun saat 11:30-da içərisində bombalar olan çanta ilə oteldən çıxdığı kameralar tərəfindən görüntülənib. 

Hadisəni törətdikdən sonra Orhan G-nin yenidən otelə qayıtdığı,  tanınmamaq üçün saçını kəsdirdiyi və eynək taxdığı görülüb. Onu ələ verən isə həmin gün axşam Suriyaya etdiyi zənglər olub. Polis danışıq siqnallarını izləyərək qatilin yerini təsbit edib. 

Ən şok təfərrüatlar isə polis bölməsindəki sorğu-sual ərəfəsində üzə çıxıb. Orhan G. partlayış əmrini Suriyada İŞİD üzvü olan İlhan B. tərəfindən aldığını etiraf edib. 

Bu isə özlüyündə daha bir faktı üzə çıxarıb. 

Bu ilin mart ayında 3 ingilis qadının Türkiyəyə gəlib, daha sonra Suriyaya keçməsinə yardım edən suriyalı Əl Rəşid də həbs ediləndə, ona təlimat verən şəxsin İlhan B. olduğunu söyləmişdi. Suriyalı Əl Rəşid Kanada və İngiltərə kəşfiyyatı üçün işlədiyini etiraf etmişdi. 

Əl-Rəşidin Avropa ölkələrindən gələn döyüşçüləri Suriyaya keçirməklə vəzifəli olduğu üzə çıxmışdı.    

Əl-Rəşid İŞİD-in üzvü olan İlhan B.-nin də Kanada və İngiltərə kəşfiyyatı üçün işlədiyini söyləyib.

Diyarbəkirdəki istintaq tam başa çatdıqdan sonra Türkiyə, Kanada və İngiltərə arasında diplomatik kriz yaşana biləcəyi qeyd olunur.

Əlaqədar

Türkiyədə kürd partiyasının mitinqində iki partlayış olub
HDP-yə çağırış: PKK-nı tərksilah edin
HDP-nin uğuru ərəb dünyasında geniş əks-səda doğurdu
Teqlər:
polis, döyüşçülər, fakt, kəşfiyyat, terrorçu, mitinq, danışıq, otel, Partlayış, İŞİD, HDP, Əl Rəşid, İlhan B, Orhan G, İngiltərə, Kanada, Avropa, Türkiyə, Suriya, Diyarbəkir

Əsas mövzular