23:15 09 Dekabr 2016
Canlı yayım
Hakerlər

Tokio Ticarət-Sənaye Palatası kiberhücuma məruz qalıb

© hi-tech.imgsmail.ru
HADİSƏ
Qısa URL
310

Rəsmi məlumatlara görə, hakerlər təşkilatın üzvü olan şirkətlərin adı, ünvanı və telefon nömrələri də daxil olmaqla, 12 min ədəd informasiya oğurlayıblar.

BAKI, 11 iyun — Sputnik. Tokionun Ticarət-Sənaye Palatası kiberhücuma məruz qalıb.

Rəsmi məlumatlara görə, hakerlər təşkilatın üzvü olan şirkətlərin adı, ünvanı və telefon nömrələri də daxil olmaqla, 12 min ədəd informasiya oğurlayıblar.

Ticarət-Sənaye Palatasının nümayəndələri güman edirlər ki, ayrı-ayrı əməkdaşların telefon nömrələri və ev ünvanları da hakerlər tərəfindən götürülüb. 70 min şirkətin bu təşkilata üzv olduğu bildirlir.

Təşkilatın rəsmilərinin dediyinə görə, hazırda polislə məsləhətləşmələr aparılır. Hadisənin səbəbinin elektron məktub vasitəsilə göndərilmiş fayldakı virus olduğu güman edilir.

Əlaqədar

Hakerlər Corc Sorosun Pyotr Poroşenko ilə yazışmalarını ələ keçiriblər
Hakerlərin nüvə obyektlərinə hücumlarının qarşısını necə almalı?
Hakerlər 4 milyon dövlət qulluqçusu barədə məlumatları oğurlayıblar
Teqlər:
hakerlər, kiberhücum, Tokio, Yaponiya

Əsas mövzular