06:15 11 Dekabr 2016
Canlı yayım
Çində batmış gəminin xilasetmə əməliyyatı

Çində gəmi batması nəticəsində ölənlərin sayı 331-ə çatıb

clubz-bg.ru
HADİSƏ
Qısa URL
Çində gəmi batması (6)
11 0 0

Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq Ulduzu” sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 331-ə çatıb.

BAKI, 6 iyun — Sputnik. Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq Ulduzu” sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 331-ə çatıb.

Sputnik-in “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bundan əvvəl 75 nəfərin öldüyü bildirilirdi.

Hadisə yerində  axtarış-xilasedici əməliyyat nəticəsində 14 nəfər xilas edilib. İyunun 5-də “Şərq Ulduzu” çayın dibindən suyun üzərinə qaldırılıb.

Nankin şəhərindən Çuntsinə yollanan gəminin göyərtəsində 456 nəfər olub. Çin polisi gəminin kapitanını və baş mexanikini həbs edib.

Mövzu:
Çində gəmi batması (6)

Əlaqədar

Çində batan gəminin sərnişinlərinin xilas edilməsi dayandırılıb
Çində batmış gəmidə ölənlərin sayı 100-ə yaxınlaşır
Çindəki gəmi qəzasında ölənlərin sayı 70-ə çatıb

Əsas mövzular