17:42 03 Dekabr 2016
Canlı yayım
HADİSƏ

Şamaxı İsmayıllıda zəlzələ oldu

HADİSƏ
Qısa URL
8 0 0

Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, birinci zəlzələ yerli vaxtla 14:32:57-də Şamaxı rayonu ərazisində, Şamaxı-İsmayıllı istiqamətində qeydə alınıb.

BAKI, 3 iyun — Sputnik. Azərbaycan ərazisində dalbadal iki zəlzələ olub.

Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, zəlzələ yerli vaxtla 14:32:57-də Şamaxı rayonu ərazisində, Şamaxı-İsmayıllı istiqamətində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 4,7 bal olub. 5 kilometr dərinlikdə qeydə alınan zəlzələ əhali tərəfindən hiss edilib.

Növbəti zəlzələ İsmayıllıda baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, ilkin məlumatlara əsasən zəlzələ 15:06:18-da İsmayıllı rayonu ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 4 bal, dərinliyi 6 km olub. Bu zəlzələ də əhali tərəfindən hiss edilib.

Əlaqədar

ABŞ-da zəlzələ olub
Yaponiyada güclü zəlzələ baş verib
Solomon adalarında 6,9 bal gücündə zəlzələ baş verib

Əsas mövzular