14:29 07 Dekabr 2016
Canlı yayım
FHN yanğınsöndürən

Bakıda ev yanıb

fhn.gov.az
HADİSƏ
Qısa URL
4 0 0

Bakıda ötən gecə yeməkxana və ev yanıb.

BAKI, 3 iyun — Sputnik. Bakıda yeməkxana və ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumatda bildirlir ki, bu gecə Bakı şəhəri, Sabunçu rayonunda yeməkxanada yanğın baş verib. Hadisə iyunun 3-də gecə saat  01.30 radələrində Yanğından mühafizə xidmətinə vətandaşa məxsus yeməkxanada yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğınsönderənlər dərhal hadisə yerinə yollanıb və yanğının qarşısını alıblar. Yanğın nəticəsində  ümumi sahəsi 60 kv.m olan yeməkxananın mətbəxində plastik qapı, pəncərə və yeməkxananın ətrafında 7 kv.m sahədə məişət tullantıları yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

FHN-dən o da bildirildi ki, bu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonunda vətandaşa məxsus evdə yanğın hadisəsi baş verib. Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin dəhlizində taxta konstruksiyadan quraşdırılmış rəflər və içərisindəki əşyalar 10 kv.m sahədə yanıb. Vaxtında hadisə yerinə çatan yanğınsöndürənlər evin qalan hissəsi yanğından mühafizə etmiş və digər ərziyə keçməsinin qarşısını alıb. Yanğın saat 06:15-də yanğınsöndürülüb.

Əlaqədar

Bakıda zərgərlik sexi yanıb
Xətaidə yanan binada əsaslı təmir bir həftəyə başa çatacaq
Azərbaycanda məktəb yanıb

Əsas mövzular