18:41 10 Dekabr 2016
Canlı yayım
Misir prezidenti Əbdülfəttah əs-Sisi

Misir prezidenti Almaniyada etirazlarla qarşılanıb

thecairopost.com
HADİSƏ
Qısa URL
4 0 0

Misirin hərbi çevrilişlə hakimiyyətə gələn prezidenti Əbdülfəttah əs-Sisi Almaniyaya səfərində gözləmədiyi hadisəylə qarşılaşıb.

BAKI, 3 iyun – Sputnik. Misirin hərbi çevrilişlə hakimiyyətə gələn prezidenti Əbdülfəttah əs-Sisi Almaniyaya səfərində gözləmədiyi hadisəylə qarşılaşıb.

O, hava limanında bir qrup etirazçının hədəfi olub. 

Nümayişçilər “Sisi rədd ol”, “uşaq qatili Sisi”, “Bizim prezidentimiz Mursidir” plakatları açaraq narazılıqlarını bildiriblər.  

Prezident və onu müşayiət edən heyət aksiya iştirakçılarına görünməmək üçün limanın ön yox, arxa qapısından qalacaqları otelə yollanıblar. Alman polisi otel və ətrafında ciddi təhlükəsizlik tədbirləri görüb. 

Əbdülfəttah əs-Sisinin bugün Almaniya prezidenti Hoakim Qauk ilə görüşəcəyi bildirilir. Misir dövlət başçısı daha sonra kansler Angela Merkel ilə bir araya gələcək.


Əsas mövzular