06:11 11 Dekabr 2016
Canlı yayım
HADİSƏ

Rus turistləri daşıyan avtobus Türkiyədə qəzaya uğrayıb

HADİSƏ
Qısa URL
9 0 0

Pişiyin qəflətən yola çıxması nəticəsində baş verən qəzada 1 rus qadın ölüb, 14 nəfər yaralanıb.

BAKI, 2 iyun – Sputnik. Türkiyənin Marmaris-Dalaman yolunda baş verən avtobus qəzasında bir rus qadın ölüb, 14 Rusiya vətəndaşı isə xəsarət alıb.

Sputnik xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Axşam” qəzeti yayıb. Sürücünün sözlərinə görə, qəzanın törəməsinə səbəb yola qaçan pişik olub. 

Qəza Manaqavat şəhərinin yaxınlığında baş verib. Qəzada yaralanan turistlər Muğla şəhər xəstəxanasına yerləşdiriliblər. 

Avtobusun sürücüsü isə heç bir xəsarət almayıb. O deyib ki, pişikdən qaçmağa cəhd edib, amma idarəetməni itirib. Polis sürücünü nəzarətə götürüb və araşdırma başlanıb. 

Rus turistlərin olduğu başqa bir avtobus isə mayın 14-də qəza keçirmişdi. Turist avtobusu Side kurortu yaxınlığındakı yolda mikroavtobusla toqquşmuşdu. Qəzada 13 nəfər xəsarət almışdı. 


Əsas mövzular