03:50 04 Dekabr 2016
Canlı yayım
Şir

Şirlər amerikalı turisti parça-parça etdi

unilad.co.uk
HADİSƏ
Qısa URL
9 0 0

Cənubi Afrikadakı zooparklardan birində bədbəxt hadisə yaşanıb.

BAKI, 2 iyun – Sputnik. Cənubi Afrikadakı zooparklardan birində bədbəxt hadisə yaşanıb. 

Vəhşi heyvanların şəklini daha dəqiq çəkməyə çalışan 22 yaşlı amerikalı turist avtomobilin pəncərəsini açıb. Elə bu anda o şirlərin hücumuna məruz qalaraq dünyasını dəyişib.

Zooparkın təhlükəsizlik məsələlərinə məsul olan Skott Simpson, ziyarətçilərə diqqətli olmaq barədə əvvəlcədən xəbərdarlıq edildiyini deyib. 

“Biz parkda gəzmək istəyənlərə girişdə qeydlər paylayırıq. Onlardan avtomobillərinin pəncərələrini açmamağı tələb edirik. Lakin buna baxmayaraq bəzi  turistlər məsləhətimizə qulaq asmaq istəmirlər. Bugünki hadisə də məhz bundan qaynaqlanır”, deyə Simpson bildirib.

Bu ilin mart ayında da eyni parkda avstraliyalı bir turist, avtomobilin pəncərəsini açdığı üçün şirlərin hücumuna məruz qalaraq ağır yaralanmışdı. 


Əsas mövzular