Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda 89 çeşiddə dərman istehsal olunacaq

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidDərman deposu
Dərman deposu - Sputnik Azərbaycan
Abunə olmaq
Şahin Mustafayev: "Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiya və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi gedir"

BAKI, 6 dek-Sputnik. "Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına təsir edib, manata təzyiqi artırıb. Bunun nəticəsində də ölkədə devalvasiya olub və "üzən məzənnə"yə keçid həyata keçirilib".

© APAİqtisadiyyat və sənaye naziri Şahin Mustafayev
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev - Sputnik Azərbaycan
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev

Sputnik xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev, Milli Məclisin plenar iclasında büdcə zərfinin müzakirəsi zamanı deyib. Nazir bildirib ki, hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiya və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam edir.

"Növbəti ildə inflyasiyanın bir rəqəmli olması əsas şərtlərdəndir. Mövcud risklər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2017-ci ildə Azərbaycanda ÜDM-in 1%, növbəti illərdə isə orta hesabla 2%-dən çox artacağı gözlənilir. 2017-ci ildə tədiyyə balansının müsbət olacağı proqnozlaşdılır. Qeyri-neft sektorunun inkişafının növbəti illərdə 2 faizdən artıq olacağ nəzərdə tutulub", — Ş. Mustafayev bildirib.

Nazir əlavə edib ki, növbəti illərdə sənaye ilə bağlı istehsal sahələrinin artırılması nəzərdə tutulur: "Bu da bir sıra yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Kənd təsərrüfatı torplarından daha səmərəli istifadə olunması, yeni komplekslərin yaradılması da gələcək planlardandır. Dövlət başçısının tapşırığı ilə sosial layihələr gələn il də davam etidiriləcək".

Şahin Mustafayev onu da vurğulayıb ki, Pirallahı sənaye parkında, dəyəri 74 mln. dollar olan zavodda, 89 çeşiddə dərman istehsal olunacaq: "Daha iki əczaçılıq zavodunun tikintisinə başlanacaq. Masallı sənaye məhəlləsinə də maraq göstərilir. Artıq 33 layihə təqdim olunub. Bunlar ixrac potensialının genişləndirilməsinə imkan yaradacaq".

Xəbər lenti
0