Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

O, 250 minə yaxın azərbaycanlının düşmənidir

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidŞəkərli diabet
Şəkərli diabet - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün insanımız həddindən artıq əsəbi şəraitdə yaşayırsa, işləyirsə, bu problemin yaranması ehtimalı da artır"

BAKI, 16 noy — Sputnik. İnkişaf etməkdə olan bütün ölkələrdə, o cümlədən Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artmaqdadır. Azərbaycanın baş endokrinoloqu Rafiq Məmmədhəsənov belə deyib.

Мать держит руку новорожденного ребенка. Архивное фото - Sputnik Azərbaycan
Dünyada 3 milyon uşaq infeksion xəstəliklərdən öləcək

"2000-ci ildə dünyada belə xəstələrin sayı 171 milyon olub. Proqnozlara əsasən, 2020-ci ilədək bu rəqəmin 360 milyon nəfərə çatacağı gözlənilsə, dünyada hazırda 400 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir", — baş endokrinoloq bildirib.

Onun sözlərinə görə, 2005-ci ildə şəkərli diabetlə bağlı dövlət proqramı hazırlananda Azərbaycanda 56 min nəfər belə xəstə var idi: "Proqram qəbul olunduqdan sonra xəstələrin sayı durmadan artıb. Hazırda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 220 mindən çoxdur. Bu da onunla bağlıdır ki, əvvəllər insanlar xəstəliklərini gizlədirdilər. Bu gün də xəstəliyini gizlədən insanlar var".

R. Məmmədhəsənov vurğulayıb ki, insanların gün boyu qəbul etdiyi qidaların əksəriyyəti karbohidratdır: "Şəkərli diabetdən əziyyət çəkənlərin 10 faizi I tip, yerdə qalanları isə II tip xəstədir. II tip şəkərli diabetin əsas səbəbi hipodinamiya (hərəkətsizlik), piylənmə-düzgün olmayan qidalanma və stressdir: "Qlükozanı yandırmaq üçün hərəkət etmək mütləqdir. O cümlədən stress, genetik amillər də rol oynayır. Misal olaraq, atada şəkərli diabet xəstəliyi varsa, bunun övlada ötürülmə faizi 35-dir. Anadan bu xəstəliyin ötürülmə faizi isə iki dəfə azdır".

Baş endokrinoloq əlavə edib ki, amputasiya olunan xəstələrin, təxminən 25 faizi şəkərli diabetdən əziyyət çəkənlərin payına düşür. Görmə qabiliyyətinin itirilməsinin 25-30 faizinin də məhz bu xəstəliklə əlaqəli olduğunu deyən həkim vurğulayıb ki, hemodializ alan xəstələrin təxminən 50 faizi şəkərli diabet xəstəsidir.

"Şəkərli diabetin fəsadları çoxdur. Dövlətin qayğısı nəticəsində bu gün şəkərli xəstələrin orta yaşama ömrü çox uzanıb. Komada olan xəstələrin çox az hissəsi tələf olur. Azərbaycanda pəhrizə fikir verən, demək olar ki, yoxdur. Xəmir yeməklərini də çox sevdiyimizdən, bu xəstəliyin sayında artım müşahidə olunur. Məsələn, qara çörəyin 100 qramının 42 qramı, ağ çörəyin isə 50 qrama yaxını şəkərdir", — ekspert vurğulayıb.

Məsələni Sputnik-ə şərh edən həkim, tibbi ekspert Rasif Bağırov, şəkərli diabet xəstəliyində genetik meylliliyin də xüsusi rol oynadığını qeyd edib: "Yəni, bir adamın ailəsində şəkərli diabet varsa, bunun qarşısını almaq üçün lazım olan bütün tədbirləri görmüş olsa, şəkərli diabetə tutulmaz. Amma insanlar həmişə sərbəst həyat tərzinə daha çox meyl göstərdiyinə görə, çox vaxt elə şeyləri nəzərə almırlar. Genetik olaraq əgər bunların valideynlərində, ailə üzvlərində varsa, hansı uşaqda, övladda o genetik kod özünü göstərirsə, müəyyən əlverişli şərait yaranan kimi onları bu xəstəlik tutur".

İki ağır xəstəliyin öhdəsindən təkbaşına gələn adam - Sputnik Azərbaycan
VİDEO
İki ağır xəstəliyin öhdəsindən təkbaşına gələn adam

"Bu xəstəliyin artması əhalinin sayının artması ilə proporsional şəkildə gedir. Məsəl üçün, bir kişinin şəkərli diabeti varsa, bunun 4 uşağı varsa, ya 2-də, ya 3-də bu proses genetik yaranırsa, 1 artıq 3 olur. Yəni, bu, sistem ilə qalxır. Digər tərəfdən, şəkərli diabetin yaranmasında müxtəlif şəraitlərin də rolu var. Əgər bu gün Azərbaycan insanı həddindən artıq əsəbi gərgin şəraitdə yaşayırsa, işləyirsə, şəkərli diabetin yaranması ehtimalı da artır. Çünki, əsəbi gərgin olan insanlarda adi insanlara nisbətən normadan artıq insulin ifrazı çoxalır. Bu da kifayət qədər olandan sonra müəyyən dövrdə insulin ifraz edən hüceyrələr tədricən öz gücünü itirir və bir qədər meyllilik olanda da artıq insan tamamilə bu xəstəliyə tutulur", — həkim söyləyib.

O, deyib ki, şəkərli diabetin qarşısının alınması üçün bütün parametrlər üzrə işlər görülməli, insanlarla lazımi izahedici söhbətlər aparılmalıdır: "Profilaktik tədbirlər görüləndə bu xəstəliyin qarşısını almaq olur. Qida məsələlərinin burada çox böyük rolu var. Bizdə mütləq çörək, kartof qidasından istifadə edirlər. Bunlar da şəkərli diabeti tənzimləyən hüceyrələrin fəaliyyətini ağırlaşdıran, gərginləşdirən maddələrdir".

"Gün ərzində çoxlu miqdarda çörək və yaxud da kartof məhsulu yeyiləndə, bundan əlavə, şirin çay içiləndə, yəni, gün ərzində müxtəlif şirin şeylər çox qəbul edəndə mədəaltı vəzi hüceyrələrinin (şəkəri orqanizmdə tənzimləyən) fəaliyyəti getdikcə zəifləməyə başlayır, yəni, artıq gücü çatmır. Gücü çatmayanda və digər əlavə faktorlarda da pozulmalar olanda artıq şəkərli diabet inkişaf etməyə başlayır", — R. Bağırov əlavə edib.

Ekspert onu da diqqətə çatdırıb ki, xəstə heç vaxt şəkərli diabeti gizlətmir: "Sadəcə xəstənin şəkərli diabetdən əvvəlcə xəbəri olmur, buna adi baxır. O vaxt müraciət edirlər ki, bunlarda yeməyə, içməyə baxmayaraq, güclü şəkildə arıqlama gedir. Bu, onları şübhəyə salır və həkimə müraciət edirlər. Cəmiyyətdə şəkərli diabet vərəm xəstəliyi kimi qorxu yaratmır".

Xəbər lenti
0