Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Artıq çəki beyinə necə zərər verirmiş...

© AFP 2023 / MANAN VATSYAYANAKök adam
Kök adam - Sputnik Azərbaycan
Abunə olmaq
Son araşdırmalar göstərib ki, artıq çəki orqanizmdə iltihabın səviyyəsini artırır və bu da beyinin funksiyalarını zəiflədir

BAKI, 20 okt — Sputnik. Hamı bilir ki, artıq çəki insan sağlamlığına mənfi təsir edir, diabet, ürək-damar, dayaq-hərəki sistemi xəstəliklərinin riskini artırır. Sputnik-in saglamolun.az-a istinadən verdiyi xəbərə görə, son araşdırmalar göstərib ki, artıq çəki, həmçinin beyinin funksiyalarına da mənfi təsir edir.

Xarici mətbuatın məlumatlarına görə, Böyük Britaniya alimləri 12 il ərzində 50 yaşdan yuxarı olan insanların beyin fəaliyyətini araşdıraraq, belə qərara gəliblər ki, artıq çəki beynin əsas funksiyalarına (diqqət, yaddaş, təfəkkür) çox mənfi təsir edir.

Alimlər bunun səbəbini araşdırıblar. Onların fikrinə görə, artıq çəki orqanizmdə iltihabın səviyyəsini artırır ki, bu da beyinin funksiyalarını zəiflədir.

Xəbər lenti
0