02:26 05 Dekabr 2016
Canlı yayım
Uçan quşlar, arxiv şəkli

Yeni "quş qripi" təhlükəsinə qarşı reydlər başlayır

© Foto: dic.academic.ru
SƏHİYYƏ
Qısa URL
13 0 0

Dövlət Baytarlıq Nəzarəti Xidməti bu xəstəliyə görə növbəti monitorinqə start veriləcək

BAKI, 17 okt — Sputnik. "Quş qripi"nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Həsənovun Sputnik-ə verdiyi məlumata görə, oktyabrın 24-də köçəri quşların payız miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcək.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri - Yolçu Həsənov (Xanvəli)
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri - Yolçu Həsənov (Xanvəli)

"Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq. Nəzarət tədbirlərinin köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək", — Xidmət sözçüsü bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində köçəri və ev quşları arasında aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyət üçün açıqlanacaq: "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti olaraq bildiririk ki, hazırda "quş qripi" və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir".

Əlaqədar

Quşlar niyə heç vaxt uçarkən toqquşmur?
Bakı-İstanbul təyyarəsi quş dəstəsi ilə toqquşub
Azərbaycanda "quş qripi" ilə bağlı növbəti rəsmi açıqlama
Polis yırtıcı quşlardan istifadə edəcək
Quş uçuşu hündürlüyündən dünyaya baxış
Teqlər:
quş, Yolçu Həsənov, Dövlət Baytarlıq Nəzarəti Xidməti, köçəri quşlar, "quş qripi"

Əsas mövzular