Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Barak Obama adına parazit

© REUTERS / Yuri GripasABŞ prezidenti Barak Obama
ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
Abunə olmaq
İndiana ştatından olan amerikalı alim Tomas Platt yeni kəşf etdiyi yastı qurdu ABŞ prezidentinin şərəfinə Baracktrema obamai adlandırıb.

BAKI, 9 sent-Sputnik. İndiana ştatından olan amerikalı alim Tomas Platt bəyan edib ki, o, yeni kəşf etdiyi parazit qurdun adını ABŞ prezidenti Barak Obamanın şərəfinə adlandırmaq qərarına gəlib.

Sputnik-in məlumatına görə, bu barədə "Journal of Parasitology" nəşri yazıb.

Platt bildirib ki, şirin su bağasının tədqiqi zamanı yastı qurdların yeni növünə rast gəlib. Yeni tapılmış bu canlıya o, Baracktrema obamai adını verib.

Platt artıq kəşf etdiyi otuza yaxın bu tip orqanizmi öz doğmalarının və qohumlarının adı ilə adlandırıb. Amma bu dəfə alim öz kəşfini Amerika liderinin adı ilə adlandırmaq qərarına gəlib. Platt qeyd edib ki, yeni tapdığı qurd ona Obamanı xatırladıb. Çünki o, "inanılmaz dərəcədə ölməyən" canlıdır və ona fenomenal hörmət və pərəstişlə yanaşır.

Bu parazit canlı orqanizmlərin qanında yaşayır. Onlar insanlarla da görüşürlər. Bu parazitə yoluxanlarda çox sayda təhlükəli xəstəliklər inkişaf edə bilər. Platt eyni zamanda bildirib ki, bu parazitlər bağalar üçün təhlükə yaratmırlar.

Xəbər lenti
0