Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Apteklərdə dəhşətli mənzərə: "Utandığımdan üzlərinə baxa bilmədim"

© Sputnik / Murad OrujovBakıda aptek
Bakıda aptek - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə dərman böhranı sürətlə dərinləşir, həkim resepti xəstələrin əlində qalıb, ya dərman tapılmır, ya da şahə qalxan qiymətlərə yetəcək pul

BAKI, 2 fev — Sputnik. "Atamın səhəti ilə əlaqədar həkim resept yazmışdı. Reseptdə iki dərman qeyd olunmuşdu. Adi həb dərmanlardı. Bir neçə apteki dolaşdım, amma onların heç birindən tapa bilmədim. Nəhayət bir aptekdə tapdım. Amma orada rastlaşdığım mənzərədən dəhşətə gəldim".

Dərmanlar - Sputnik Azərbaycan
SƏHİYYƏ
Apteklərdə hələ də qadağan olunmuş dərmanlar satılır

Bunu Sputnik-ə göndərdiyi məktubunda paytaxt sakini Fərid Ağayev deyib. Onun sözlərinə görə, həkim resepti yazarkən, yazdığı dərmanların elə də baha olmadığını bildirib: "Həkim bu dərmanlardan tez-tez yazdığını və ikisinin birlikdə, təxminən 25-27 manat tutacağını dedi. Üzərimdə 35 manat pul var idi. Fikirləşirdim ki, bəs edər, dərmanların qiyməti bu məbləğdən çox edə bilməz".

"Amma aptekdən mənə lazım olan dərmanların qiymətini eşidəndə özümü itirdim. Üstümdə pul olmadığı üçün, utandığımdan başımı qaldırıb, üzlərinə baxa bilmədim. Dərmanlar ümumilikdə 75 manat edirdi. Buna görə də atama dərmanları ala bilmədim", —deyir paytaxt sakini.

O, əlavə edib ki, dərmanların birdən-birə bu qədər qalxması cəmiyyətdə ajiotaj yaradıb: "Atam üçün hər dəfə aldığım təzyiq dərmanı "Ekvator" birinci devalvasiyadan qabaq 8-9 manat arası idi, ikinci devalvasiyadan sonra 11 manata qalxdı. Bu gün artıq 17 manata və daha yüksək qiymətə satılır. Eyni zamanda, el arasında məhşur olan "Tetrasklin" apteklərdə 20 qəpiyə satılırdı, bu gün 50 qəpikdir".

F. Ağayevin yazdığına görə, bu tendensiya bütün dərmanlar üzrə müşahidə olunur: "Eyni zamanda, dərman qıtlığı var. Həkim resept yazır. Biz o resept əsasında gedib dərmanları apteklərdən tapa bilmirik. Apteklər də "biz neyləyək, depolar vermir" deyə, özlərinin günahkar olmadığını söyləyirlər".

Baş nazirin müavini Əli Əhmədov - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dərmanlar əlavə dəyər vergisindən azad edilə bilər

Sputnik-in əməkdaşı problemi araşdırmaq məqsədilə "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında yerləşən bir sıra apteklərdə olub. Məsələn, satıcılardan "Ampisid" tabletkasının, qızdırmasalan "Parasetamol"un qiymətini soruşduq. Məlum oldu ki, ümumiyyətlə bu dərmanlar satışda yoxdur. "Səbəbini biz də bilmirik" dedilər satıcılar. Bir satıcı isə dedi ki, "Ampisid" tabletkası xaricdən baha qiymətə gətirildiyi üçün satışda yoxdur. Tək bunları deyil, ümumiyyətlə xeyli adda dərmanları apteklərdə tapmaq mümkün deyil.

"Təklif edərdim ki, "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edək. Uzun müddətdir dərman vasitələrinin əlavə dəyər vergisindən azad olunması və yaxud da əlavə dəyər vergisinin minimuma endirilməsi məsələsi barədə söhbətlər gedir. Cənab Prezidentin təşəbbüsü ilə ötən il biz "Dərman vasitələri haqqında" qanuna dəyişiklik etdik. Dərman vasitələrinin dövlət tənzimlənməsi həyata keçirildi və dərman vasitələrinin qiyməti xeyli aşağı düşmüşdü".

Sputnik xəbər verir ki, bunu dünən millət vəkili Musa Quliyev Milli Məclisin plenar iclasında bildirib. Millət vəkili bildirib ki, manatın devalvasiyası ilə bağlı son 1 ayda dərman vasitələrinin qiymətində orta hesabla 45-50 faiz artım müşahidə olunur ki, bu da dərmana ehtiyacı olan insanların ciddi problemlərlə üzləşməsinə gətirib çıxardır.

Musa Quliyev
Musa Quliyev - Sputnik Azərbaycan
Musa Quliyev
"Bu yaxınlarda cənab Prezident un və un məmulatlarının əlavə dəyər vergisindən azad olunması ilə bağlı çox ciddi qərar verdi. Bu qərar da bütün Azərbaycan vətəndaşları tərəfindən dəstəkləndi. Hesab edirəm ki, dərman vasitələrinin də əlavə dəyər vergisindən azad olunması haqqında biz qərar qəbul edə bilərik. Onu da deyim ki, dünya ölkələrinin böyük əksəriyyətində dərman vasitələri əlavə dəyər vergisindən azaddır. Ya da ki, minimum əlavə dəyər vergisi tətbiq edilir", —deputat vurğulayıb.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, əgər əlavə dəyər vergisi (ƏDV) ləğv olunsa, ən azından 18 faiz dərman qiymətlərinin aşağı düşməsinin şahidi ola bilərik: "Amma burda məsələ odur ki, dərmandan asılılığımız az qala 100 faizdir. Yəni, biz bu məsələdə xaricdən asılıyıq. Məzənnənin oynaması birbaşa qiymətlərə təsir göstərir".

"Əgər gələcəkdə məzənnə indiki kimi sabit qalsa, hərçənd bunu da tam əminliklə söyləmək olmur, əlavə dəyər vergisi ləğv edilsə, 18 faiz qiymətin aşağı düşməsi ola bilər", — ekspert bildirib.

O, hesab edir ki, bir müddət sonra məzənnənin fərqinə görə, dərmanların qiyməti yenidən qalxa bilər: "Yəni, yerli istehsal olmadığına görə, xaricdən tam asılılığımız olduğuna görə həmişə bu, məzənnə dəyişikliklərindən və dünyadakı qiymətlərdən asılı olacaq. Ona görə də ən azından ƏDV-nin ləğv olunması qısa müddətdə dərmanların qiymətlərin 18 faiz aşağı düşməsinə şərait yarada bilər".

Xəbər lenti
0