Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Səhiyyə Nazirliyi həkimləri səfərbər etdi

© REPORTSəhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə Nazirliyi "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın zamanı zərərçəkənlər və itkin düşənlərin yaxınları ilə işləmək üçün həkim-psixoloq heyəti ayırıb.

BAKI, 6 dek-Sputnik. Səhiyyə Nazirliyi "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın zamanı zərərçəkənlər və itkin düşənlərin yaxınları ilə işləmək üçün həkim-psixoloq heyəti ayırıb. 

Bu barədə Sputnik-ə Səhiyyə Nazirliyindən məlumat veriblər.

"Xilas edilənlər və yaralılar hadisədən şok keçiriblər. Eyni zamanda itkin düşənlərin ailələri və yaxınları ciddi sarsıntı içərisindədirlər. Bizə onların doğmalarının aqibəti barədə heç nə məlum olmadığından stress keçirdiklərini bildiriblər. Səhiyyə naziri Oqtay Şirəliyev bunları nəzərə alaraq, zərərçəkənlər və itkin düşənlərin yaxınları ilə işləmək üçün həkim-psixoloq heyəti ayırmaq barədə göstəriş verib. Hazırda həkimlər işə cəlb olunublar." — deyə Nazirliyin əməkdaşı bildirib.

Xəbər lenti
0