14:29 07 Dekabr 2016
Canlı yayım
Dərmanlar

Nazir: Azərbaycanda dərmanlar ucuzlaşacaq

© Flickr/
SƏHİYYƏ
Qısa URL
9 0 0

Oqtay Şirəliyev: Azərbaycanda dərmanların qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi dərman vasitələrinin qiymətlərinin hədsiz artımı hallarını aradan qaldıracaq.

BAKI, 17 iyun — Sputnik. Azərbaycanda dərmanların qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi dərman vasitələrinin qiymətlərinin hədsiz artımı hallarını aradan qaldıracaq.

Belə bir fikri Səhiyyə naziri Oqtay Şirəliyev bu gün səhiyyə işçilərinin peşə bayramı münasibətilə nazirlikdə keçirilən tədbirdə deyib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumatda bildirilir ki, tədbirdə çıxış edən  nazir O. Şirəliyev  əczaçılıq sahəsində dərmanların qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsinin ötən ilin yeniliklərindən biri olduğunu qeyd edib. Artıq Nazirlər Kabineti tərəfindən dərman vasitələrinin qiymətlərinə nəzarət qaydadarının təsdiq edilib.

O.Şirəliyev bildirib ki, vətəndaşların sağlamlığının qorunması sahəsində əhəmiyyətli hadisələrdən biri də əhalinin kütləvi dispanserizasiyası oldu: "Bu ilin 3 ayı ərzində ölkə üzrə 5,4 milyon nəfər müxtəlif müayinələrdən keçirilib. Bu tədbir xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicəyə cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Şübhə yoxdur ki, biz yaxın gələcəkdə onun sağlamlıq göstəricilərinə müsbət təsirinin şahidi olacağıq”.

Əsas mövzular