18:37 10 Dekabr 2016
Canlı yayım
Xərçəng xəstəliyi

Yeni texnologiya 3 dəqiqəyə xərçəngi erkən mərhələdə müəyyən edəcək

cityofhope.org
SƏHİYYƏ
Qısa URL
23 0 0

Yapon alimləri bur damcı qanın köməyilə onkoloji xəstəliyi ilkin mərhələdə aşkar edən texnologiya hazırlayıblar.

BAKI, 17 iyun — Sputnik. Yapon alimləri bur damcı qanın köməyilə onkoloji xəstəliyi ilkin mərhələdə aşkar edən texnologiya hazırlayıblar.

"Texnologiya cəmi bir damcı qanı yoxlamaqla bədxassəli şişin mövcudluğunu aşkar etməyə imkan verir. Cəmi 3 dəqiqəyə mədə, yoğun bağırsaq və mədəaltı vəzin xərçəngi ilkin mərhələdə müəyyən olunur. Dünyanın başqa heç yerində bu texnologiyadan yoxdur", deyə bu texnologiyanı hazırlamış MYTECH şirkətinin əməkdaşı Katsuyuki Metsaqava RİA Novosti-yə bildirib.

Şirkət xüsusi tərkibli metaldan lövhə hazırlayıb. Lövhənin üzərinə qoyulmuş qan damcısı ultrabənövşəyi şüalanma zamanı parıldayırsa, bu xəstədə bədxassəli şişin olmasının göstəricisidir. Xoşxassəli şiş zamanı qan parıldamır.

Əsas mövzular