14:31 07 Dekabr 2016
Canlı yayım
Təcili yardım

Səhiyyə nazirliyi I Avropa Oyunlarında 300 həkimlə xidmət göstərəcək

© AZƏRTAC.
SƏHİYYƏ
Qısa URL
5 0 0

İştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara oyunlar zamanı tibbi xidmətlərin vaxtında və tam həcmdə göstərilməsini və lazımi halda operativ həllinin təmin edilməsi üçün nazirlikdə Qərargah fəaliyyət göstərir.

BAKI, 12 iyun — Sputnik. Səhiyyə Nazirliyi 100 ambulans və 300 həkimlə Birinci Avropa Oyunları zamanı xidmət göstərəcək.

Bu barədə məlumat Sputnik-ə Səhiyyə nazirliyinin mətbuat xidmətindən verilib.  

Nazirlikdən bildiriblər ki, Səhiyyə Avropa Oyunlarına görə 300 nəfər xüsusi təlim keçmiş tibb işçisi və 100 ədəd təcili tibbi yardım maşını ayrılıb: “Lazım olduğu halda yarış obyektlərinin tibb məntəqələrində, həm də tamaşaçılara tibbi xidmət göstərəcəklər. İştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara oyunlar zamanı tibbi xidmətlərin vaxtında və tam həcmdə göstərilməsini və lazımi halda operativ həllinin təmin edilməsi üçün nazirlikdə Qərargah fəaliyyət göstərir.”

Nazirlikdən onu da qeyd ediblər ki, idmançılara tibbi xidmətlərin ambulator şəraitində göstərilməsi məqsədi ilə Atletlər kəndində müasir standartlara uyğun olaraq zəruri tibb avadanlıqlarla təchiz olunmuş poliklinika yaradılıb. Poliklinikada xarici həkimlərlə birgə müvafiq beynəlxalq təlimlər keçmiş yerli tibb mütəxəssislər də tibbi yardım göstərir.

Eyni zamanda, idmançılara və gələn qonaqlara oyunlar zamanı ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsı məqsədi ilə Bakı şəhərində iki xəstəxana: Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb. Cəlb olunan 100 ədəd təcili tibbi yardım maşını yarış obyektlərində, qonaqlar yerləşdiyi ərazilərdə və digər sahələrdə 24 saat ərzində xidmət göstərəcək.

Əsas mövzular