23:13 09 Dekabr 2016
Canlı yayım
Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi I Avropa Oyunlarına dair fəaliyyət planını açıqlayıb

apa.az
SƏHİYYƏ
Qısa URL
9 0 0

Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları çərçivəsində ölkəmizə səfər edəcək idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara oyunlar zamanı tibbi xidmətlərin göstərilməsi üçün Səhiyyə Nazirliyində Qərargah fəaliyyət göstərir.

BAKI, 9 iyun — Sputnik. İyun ayının 12-dən 28-dək Azərbaycanda keçiriləcək "Bakı-2015" Birinci Avropa Oyunları çərçivəsində ölkəmizə səfər edəcək idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara oyunlar zamanı tibbi xidmətlərin vaxtında və tam həcmdə göstərilməsini və lazımi halda operativ həllinin təmin edilməsi üçün Səhiyyə Nazirliyində Qərargah fəaliyyət göstərir.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Qərargahda 24 saat ərzində xarici dilləri bilən mütəxəssislər "Qaynar xətt" xidmətinə daxil olan müraciətləri qəbul edəcəklər.

İdmançılara tibbi xidmətlərin ambulator şəraitində göstərilməsi məqsədi ilə Atletlər kəndində müasir standartlara uyğun olaraq, zəruri tibb avadanlıqlarla təchiz olunmuş poliklinika yaradılıb. Poliklinikada xarici həkimlərlə birgə müvafiq beynəlxalq təlimlər keçmiş yerli tibb mütəxəssislər də tibbi yardım göstərəcəklər.

Eyni zamanda, idmançılara və gələn qonaqlara oyunlar zamanı ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi məqsədi ilə Bakı şəhərində iki xəstəxana — Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb. Eləcə də 300 nəfər xüsusi təlim keçmiş tibb işçisi yarış obyektlərinin tibb məntəqələrində, həm də tamaşaçılara lazım olduğu halda tibbi xidmət göstərəcək.

İdmançılara və ölkəmizə gələn qonaqlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün müasir avadanlıqla təchiz edilmiş 100 ədəd təcili tibbi yardım maşını alınıb. Həmin maşınlar yarış obyektlərində, qonaqlar yerləşdiyi ərazilərdə və digər sahələrdə 24 saat ərzində xidmət göstərəcək.

Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım heyəti (150 nəfər həkim və 150 nəfər feldşer) ilkin tibbi yardımın beynəlxalq standartları üzrə xüsusi təlimlərə cəlb olunub. Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının həkimlərinə ingilis dili kursları təşkil edilib.

Oyunlar zamanı Bakıya gələcək qonaqlar üçün “Sağlam Bakı 2015 üçün hazır ol” adlı lifletlər hazırlanıb. Oyunların zamanı ölkəmizin su və qida məhsullarının təhlükəsizliyi ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq laboratoriyaları zəruri avadanlıq, reaktivlər və digər ləvazimatlar alınıb və tibbi heyət üçün prosedurlar üzrə təlimlər keçirilib. Dövlət sanitariya xidməti tərəfindən ictimai iaşə və məişət obyektləri üzərində nəzarət təmin olunub.

Əlaqədar

Bakı-2015-in açılış və bağlanış günündə marşrutların xətləri dəyişdi
Bakı 2015-dən Rio 2016-ya gedənlər
“Tissot” “Bakı 2015” Avropa Oyunları üçün xüsusi saatlar buraxıb
“Neurope.eu” Bakı-2015 I Avropa Oyunlarından yazıb

Əsas mövzular