23:51 06 Dekabr 2016
Canlı yayım
Bakıda yanan bina

Bakıda yanan binada xəsarət alanların sonuncusu evə buraxılıb

sputnik.az
SƏHİYYƏ
Qısa URL
510

Hadisə nəticəsində dünyasını dəyişən 3 yaşlı Fərəhin anası Günay Məhərrəmova ötən gün evə yazılıb.

BAKI, 4 iyun — Sputnik. Bakıda yanğın baş verən binada xəsarət alanların sonuncusu da artıq evə buraxılıb.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, sonuncu xəstə hadisə nəticəsində dünyasını dəyişən 3 yaşlı Fərəhin anası Günay Məhərrəmova ötən gün evə yazılıb. Onun sözlərinə görə, bütün xəsarət alanlar evə buraxılsa da, onlar qeydiyyatda olduqları sahə üzrə tibb müəssisələrində nəzarətdə saxlanılacaqlar.

Maqsudov qeyd edib ki, binada baş verən hadisə nəticəsində xəsarət alan 35 nəfər Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilmişdi: “Onlar üzərində bütün lazımi tədbirlər görülüb. Vəziyyətləri stabilləşdikcə zamanla evə buraxılıblar”.

Qeyd edək ki, mayın 19-da Azərbaycan paytaxtında çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. 

Əlaqədar

Yanan bina sakinlərinə kompensasiya bu gün veriləcək
Son yanğınlarla bağlı daha 4 nəfər həbs edildi
İngrid Binəqədidəki yanğın yerinə gül dəstəsi gətirdi
Bakıda yanan binada təmir işlərinə başlanılıb
Bakıda yanan binada xəsarət alan 11 xəstənin durumu açıqlandı

Əsas mövzular