23:50 06 Dekabr 2016
Canlı yayım
Kofe

Gün ərzində maksimum dörd fincan kofe içmək məsləhətdir

meghantelpner.com
SƏHİYYƏ
Qısa URL
27 0 0

Gənclər və hamilə qadınlar üçün isə bu norma iki dəfə azdır.

BAKI, 1 iyun — Sputnik. Həkimlər bildirirlər ki, gün ərzində hər kəs maksimum dörd fincan kofe içə bilər. Gənclər və hamilə qadınlar üçün isə bu norma iki dəfə azdır.

Bu zaman mütəxəssislər kofeinin çay və şokoladın, həmçinin bir sıra dərmanların tərkibində olmasını da nəzərə alıblar.

Qida məhsullarının təhlükəsizliyi üzrə Avropa agentliyinin həkimləri onu da bildirirlər ki, normadan çox kofe qəbul edən işanlarda həyəcan yaranır, onlar yuxu və ürək ritminin pozulması, hətta ürək çatışmazlığı ilə üzləşirlər. Hamilə qadınlarda isə bu, uşağın qüsurlu doğulması və düşməsi ilə nəticələnə bilər.

Qlazqo Universitetinin mütəxəssisi Emili Kambet isə bildirir ki, müxtəlif kafelərdə kofe hazırlanarkən kofeinin səviyyəsi də dəyişir. Bu dadlı və faydalı içki bəzən tünd, bəzən də əksinə olur. Bu səbəbdən sifarişdən əvvəl bir fincanda nə qədər kofeinin olması ilə maraqlanmağa dəyər.

Əsas mövzular