Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Paris konfransı nə yəhudiləri razı saldı, nə də ərəbləri

© AFP 2023 / THOMAS SAMSOFransanın paytaxtı Parisdə keçirilən "Yaxın Şərqdə Sülh" Konfransı
Fransanın paytaxtı Parisdə keçirilən Yaxın Şərqdə Sülh Konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlərin fikrincə, bu cür toplantılar dünyanın ən mürəkkəb problemlərindən biri olan İsrail-Fələstin münaqişəsini həll etmək üçün yetərsizdir

BAKI, 16 yan — Sputnik. Fransanın paytaxtı Parisdə keçirilən "Yaxın Şərqdə Sülh" Konfransının birgə bəyannaməsi yayımlanıb. Sputnik xəbər verir ki, təxminən 70 ölkədən olan nümayəndənin iştirak etdiyi konfransdan sonra yekun bəyannamə açıqlanıb.

Fələstin prezidenti Mahmud Abbas BMT-nin 71-ci Baş Assambleyasında çıxışı zamanı, 22 sentyabr 2016-cı il - Sputnik Azərbaycan
BMT sammitində İsrail-Fələstin "atışması"

"İki dövlətli həll, sərhədlərin 1967-ci il işğalından öncəki kimi təyin olunması, İsrailin təhlükəsizlik ehtiyaclarının qarşılanması və iki tərəf arasındakı bütün problemlərin BMT Təhlükəsizlik Şurasının qərarları əsasında həll edilməsi vacibdir" — deyə bəyanatda bildirilir.

Yığıncaqdan sonra açıqlama verən Fələstinin xarici işlər naziri Riyad əl-Maliki və Fələstin Qurtuluş Hərəkatının baş katibi Saib Ureykat, Paris konfransının yekun qərarından məmnun olduqlarını deyiblər. Lakin İsrail hökuməti və Qəzza sektoruna nəzarət edən HƏMAS təşkilatından toplantı ilə bağlı müsbət rəy verilməyib.

İsrailin baş naziri Benyamin Netanyahu Parisdəki yığıncağı "axmaqlıq" adlandırıb: "İsrailə bəzi şərtləri zorla qəbul etdirmək məqsədi ilə Fransa və fələstinlilər arasında koordinasiya edilən axmaq konfrans bizim milli mənfəətlərimizə uyğun gəlmir. Bu konfrans sülhü bir az da uzaqlaşdırır. Çünki fələstinlilərin mövqeyini daha çox müdafiə edir".

Fransadakı yığıncağa HƏMAS təşkilatından da mənfi reaksiya gəlib. Fələstinin Qəzza sektoruna nəzarət edən təşkilatın sözçüsü Hazım Kasım deyib ki, Parisdəki toplantıdan Fələstin üçün heç bir ədalətli nəticə çıxmayacaq: "Parisdəki konfrans vaxt itkisidir və daha əvvəlki uğursuz sülh konfranslarının davamıdır. Bu yığıncaq qanunsuz yəhudi yaşayış məskənlərinin inşası və yəhudiləşdirmə siyasətinin davam etdiyi, fələstinlilərə qarşı hücumların artdığı bir vaxtda keçirilir. Paris konfransından Fələstin məsələsinin ədalətli həlli ilə bağlı heç bir nəticə çıxmayacaq. HƏMAS İsraillə siyasi danışıqları rədd edir. Tarixi Fələstin torpaqlarının azad edilməsi üçün silahlı müqavimətin aktivləşdirilməsini istəyir".

İsrail hərbi təyyarəsi - Sputnik Azərbaycan
İsrail yenidən Qəzzanı bombaladı

Parisdəki yığıncağı və sonda tərəflərin verdiyi açıqlamaları Sputnik-ə dəyərləndirən politoloq Cümşüd Nuriyevin fikrincə, 1948-ci ildə İsrail dövləti elan olunanda, Fələstin tərəfi çox böyük səhv buraxıb: "Daha doğrusu, İsrail kəşfiyyatının təkidi ilə Fələstini aldatdılar ki, bu qərarla razı olmasın. Həmin vaxt ərazi 67% Fələstində, 33% İsraildə idi. Və qərara əsasən, İsrail həmin o 33% torpaqda yerləşməli idi".

"Amma ərəblər o vaxt buna razılıq vermədilər. Guya ki, Qüdsü paytaxt elan elədilər. Məsələ həll olunmamış qaldı. Ərəblər hay-küy saldılar. 1967-ci ildə qısamüddətli, sadəcə 1 həftəlik müharibə oldu. Bunları aldadıb müharibəyə cəlb elədilər. Sonra Amerika müharibəni ərəblərə uduzdurdu. Uzun müddət İsrail kəşfiyyatı bu planı hazırladı, elə bir vəziyyət yaratdı ki, ərəb dünyası fakt qarşısında qaldı. Həm İordaniyanın ərazisi, həm də Sina yarımadası işğal olundu. Daha sonra İsrail Misirə məxsus Sina yarımadasından və İordaniyadan çəkildi. Ancaq işğal etdiyi Fələstin torpaqlarında qalmağa davam etdi. Yəni İsrail özünü dünyaya xoş göstərərək sübut etməyə çalışdı ki, o, işğal etdiyi böyük ərazilərdən çəkildi. Lakin əsas arzusunda olduğu Fələstindən çıxmadı. Hazırlanan plan uğurla yerinə yetirildi" — politoloq bildirib.

Onun sözlərinə görə, İsrailin İŞİD terror təşkilatı ilə bağlı tutduğu mövqe Avropa dövlətlərini razı salmır: "Çünki İŞİD-in əsas yaradıcısı İsrail kəşfiyyatıdır. Bu təşkilat yarandığı gündən İsrailə bir mərmi də atmayıb. Ancaq müsəlman ölkələrində terror aktları törədir. Bir neçə gün əvvəl İsraildə fələstinli bir nəfərin yük maşınını əsgərlərin üzərinə sürməsini də İŞİD-ə bağladılar ki, mövzu diqqətdən yayınsın".

Nuriyevə görə, indi Parisdəki toplantının yekununda İsraili fakt qarşısında qoymağa çalışırlar: "Ancaq bu, mümkün deyil. Çünki bu şeyləri İsrail özü ərəb dünyasına qarşı vaxtilə edib. Bu gün dünyanın maliyyə və media lobbisi yəhudilərin əlindədir".

Millət vəkili Rasim Musabəyov da Sputnik-ə açıqlamasında bildirib ki, İsrail-Fələstin münaqişəsini Paris və buna bənzər konfranslar həll etmir: "Bu məsələ ilə BMT məşğul olur. ABŞ bir vasitəçi kimi məşğul olur. Ona görə də, konfransda hansı bəyanatı istəsələr, səsləndirə bilərlər. Onsuz da İsrail dövləti öz siyasətini konfranslardan asılı olmayaraq aparır".

Xəbər lenti
0