Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə ayaqda: hər an vəziyyət dəyişə bilər

© AFP 2023Andrey Karlovun qətli
Andrey Karlovun qətli - Sputnik Azərbaycan
Abunə olmaq
Rus səfirin qətli cəmiyyəti silkələyib. İnsanlar qətlin arxasında kimlərin dayandığını bilmək istəyir.

BAKI, 21 dek — Sputnik. "Bu gün Türkiyə cəmiyyətində ciddi gərginlik olmasa da, siyasi həyat olduqca gərgindir". Bu sözləri Sputnik-ə açıqlamasında, Ankarada rus səfirinin öldürülməsindən sonraki prosesləri dəyərləndirərkən, İstanbulda yaşayan azərbaycanlı politoloq Orxan Qafarlı deyib.

© Photo : Orxan Qafarlının şəxsi arxivindənOrxan Qafarlı
Orxan Qafarlı - Sputnik Azərbaycan
Orxan Qafarlı

O, türklərin baş verən hadisələrə soyuqqanlı yanaşmağa çalışdığını bildirib: "Hazırda Türkiyə cəmiyyətində ciddi gərginlik olmasa da, siyasi həyat olduqca gərgindir. Hər an hər şey dəyişə bilər. Həm daxili, həm də xarici siyasət çox dinamikdir bu ölkədə. Dekabrın 19-da baş verən sui-qəsd Türkiyənin xarici siyasətinə zərbə vurmaq məqsədi daşıyırdı. Xalq dünənki hadisəni çox pis qarşıladı. Cəmiyyət soyuqqanlı davranmağa çalışır. Bu işin arxasında hansı qrupların dayandığını bilmək istəyir və istintaqın yekununu gözləyir".

"Türklər, ilkin təxmin kimi bu işin arxasında FETÖ-nün durduğunu ehtimal edirlər. Ancaq yenə də istintaqın yekununu gözləmək daha faydalı olar deyə düşünürəm", — Qafarlı bildirib.

Politoloq, rus səfir Karlovun qətlinin Türkiyə-Rusiya əlaqələrinə zərər vermək məqsədi daşıdığını söyləyib: "Bu, bir təxribat idi. Türkiyə-Rusiya əlaqələrinə zərər vermək məqsədi daşıyırdı. Təəssüf ki, rus səfir Andrey Karlovu itirdik. O, rus-türk əlaqələrinə müsbət təsiri olan biri idi. Və hər zaman əlaqələrin normallaşma prosesini dəstəkləmişdi. Ancaq belə bir təxribata əl ataraq iki dövlət arasındakı münasibətləri gərginləşdirmək, Suriya məsələsində rus-türk işbirliyini pozmaq istədilər".

Millət vəkili, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə də Sputnik-ə açıqlamasında mövzunu şərh edib: "Heç şübhə yoxdur ki, dünən Ankarada rus səfirin öldürülməsi terror hadisəsi idi. Və istisna deyil ki, beynəlxalq terror şəbəkəsi bu hücumu təşkil edib".

© Photo : APAAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan
Asim Mollazadə

"Hədəf təbii ki, Türkiyədir. Bu ölkənin qonşuları ilə olan münasibətidir. Mən əminəm ki, Türkiyənin hüquq-mühafizə orqanları bu terroru ciddi araşdıracaq və təşkilatçılarla bağlı ətraflı məlumat veriləcək", — deputat bildirib.

"Görünür ki, beynəlxalq terror təşkilatları Türkiyəni hədəf kimi seçib. İstər PKK, istər İŞİD, istərsə də digər terror təşkilatları qardaş ölkəni zəiflətmək, bölgədə rolunu sarsıtmaq üçün var gücü ilə çalışır. Türkiyə güclü və özünü müdafiə etməyə qadir olan bir dövlətdir. Tam əminəm ki, terrorla mübarizədə Türkiyə qalib çıxacaq", — Mollazadə vurğulayıb.

Xəbər lenti
0