Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mövlud Çavuşoğlu Sputnik-ə özəl müsahibə verdi

© AFP 2023 / CYRIL NDEGEYAMövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin XİN rəhbəri: Bu vəsilə ilə, sizin vasitənizlə Rusiyanın dörd bir tərəfindəki qardaşlarımıza, bütün Rus dostlarımıza ən içdən salamlarımı çatdırır, hamısının yeni ilini indidən təbrik edirəm".

BAKI, 12 dek — Sputnik. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Sputnik-ə özəl müsahibə verib. Rusiya ilə olan münasibətlərə toxunan türk baş nazir deyib ki, Moskva-Ankara əlaqələrində dialoq getdikcə daha da çoxalır və əlaqələrdəki çətin dövr artıq geridə qalıb.

Mövlud Çavuşoğlu baş nazir Binəli Yıldırımın 5-7 dekabr tarixlərində Rusiyaya gerçəkləşdirdiyi səfərini şərh edərkən bunları deyib:
"Hörmətli Baş nazirimiz 5-7 dekabr 2016 tarixlərində Moskvaya çox vacib bir səfər gerçəkləşdirdi. Açığı desəm, Rusiya ilə olduqca çətin bir dövrü geridə qoyduq. İki ölkə münasibətlərində iyun ayının sonundan etibarən getdikcə artan dialoq mühiti formalaşıb.

Mövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri - Sputnik Azərbaycan
Mövlud Çavuşoğlu: Rusiya hazırda Qarabağ probleminin həlli üçün ciddi səylər göstərir
Dekabrın əvvəlində Alanyada rus həmkarım Sergey Lavrovu qəbul etdim. Ziyarət çox gözəl abı-havada keçdi. Əhatəli və konkret danışıqlar apardıq. S.Lavrovun Alaniyanı ziyarəti, Baş nazir B.Yıldırımın Moskvaya səfəri, həm də cənab prezidentimizin 2017-ci ilin əvvəlində Rusiyaya planlaşdırdığı səfər, əlaqələrimiz üçün olduqca yaxşıdır". 

Mövlud Çavuşoğlu Rusiya-Türkiyə əlaqələrində olduqca vacib olan iqtisadi faktorlara da diqqət çəkib:

"Ruslardan gözləntimiz bəllidir. Vizasız rejimə yenidən qayıdaq, məhdudlaşdırıcı qaydalar ləğv edilsin. Hörmətli baş nazirimiz Moskvaya səfərində bu barədə açıq danışdı. Rus tərəfində müəyyən hərəkətlənmələr var. İnanıram ki, yaxın vaxtlarda konkret nəticəni görə biləcəyik. Hökumət başçımızın rus həmkarı Dmitri Medvedevlə görüşündə təbii enerji məsələləri də müzakirə olundu. Xüsusilə "Türk axını" və "Akkuyu" nüvə stansiyası ilə bağlı ətraflı danışıqlar aparıldı. Top artıq rusların tərəfindədi. Çünki biz hər şeyə hazırıq".

Rusiya prezidenti Vladimir Putinin baş nazir Binəli Yıldırımı qəbul etməsinə toxunan M.Çavuşoğlu, "Putinin baş nazirimizi qəbul etməsi, həm Rusiya liderinin Türkiyə ilə əlaqələrə verdiyi əhəmiyyəti, həm də normallaşma prosesinə Rusiya tərəfinin də nə qədər niyyətli olduğunu göstərir" deyib.

Mövlud Çavuşoğlu müsahibəsinin sonunda bunları deyib:

"Nəticə olaraq bunu deyə bilərəm ki, Türkiyə və Rusiya doğru yolda irəliləyirlər. Böyük hədəflərimiz var. Bu hədəflərə çatacaq imkanlara da, iradəyə də sahibik. Dayanmaq yox, yola davam deyirik. Təəssüf ki, bir ilimizi əbəs yerə itirdik. Qarşımızda edəcəyimiz çox işlər var. Hörmətli Baş nazirimizin səfəri bu mənada çox məhsuldar keçdi. Yeni bir səhifə açmaq prosesinin əhəmiyyətli bir mərhələsini təşkil etdi. Cənab prezident Ərdoğanın gələn ilin əvvəlində gerçəkləşdirəcəyi səfərlə yeni və uğurlu dövrə rəsmən girmiş olacağıq. Bu vəsilə ilə, sizin vasitənizlə Rusiyanın dörd bir tərəfindəki qardaşlarımıza, bütün Rus dostlarımıza ən içdən salamlarımı çatdırır, hamısının yeni ilini indidən təbrik edirəm".

Xəbər lenti
0