QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sarkisyanın gizli planı ortaya çıxdı

© Photo : RA President's Press ServiceErmənistan prezidenti Serj Sarkisyan Rossiya seqodnya BİA-nın baş direktoru Dmitri Kiselyova Sputnik Ermənistan üçün müsahibə verir
Ermənistan prezidenti Serj Sarkisyan Rossiya seqodnya BİA-nın baş direktoru Dmitri Kiselyova Sputnik Ermənistan üçün müsahibə verir - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu təklifə "yox" cavabı vermək, Azərbaycan tərəfini qınaqda qoyacaq, "hə" cavabı vermək isə bu təklifin müəllifi kimi Sarkisyanı ön plana çıxaracaq"

BAKI, 17 noy — Sputnik. Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağda təmas xəttində baş verənlərə operativ reaksiya vermək üçün Bakı və Yerevan arasında "qaynar xətt" yaradılmasının tərəfdardır. Bu barədə o, Sputnik-ə müsahibəsində deyib.

© Sputnik / Murad OrujovMillət vəkili Fəzail İbrahimli
Millət vəkili Fəzail İbrahimli  - Sputnik Azərbaycan
Millət vəkili Fəzail İbrahimli

"Bəlkə də biz hadisələrə operativ reaksiya versək, bunun faydası olacaq. Tutaq ki, təmas xəttində kimsə atəş açır və bizim məlumatlara görə, atəş açan azərbaycanlılardır. Mən dəstəyi qaldırıb Azərbaycan Prezidentinə zəng edirəm və deyirəm "atəş açırlar". Və o, bu məlumatı yoxlayır", — deyə Sarkisyan "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, o, Yerevan və Bakı arasında bu cür "qaynar xətt"in yaradılmasına tərəfdardır: "Mən bu halda vəziyyəti nəzarətə götürməyin və bizimkilərin atəş açıb-açmadığı barədə dəqiq məlumat əldə etməyin tərəfdarıyam. Təbii ki, Azərbaycan rəhbərindən də eyni yanaşmanı gözləyirəm". O, 1990-cı illərdə "qaynar xətt" yaratmaq cəhdinin olduğunu xatırladıb: "Belə bir cəhd hələ 1990-cı illərin əvvəllərində olub. Mən onda Ermənistanın müdafiə naziri idim və bizim Azərbaycanın müdafiə naziri ilə birbaşa əlaqəmiz var idi. Biz ekstremal vəziyyətlərdə əlaqə saxlaya bilirdik. İndi isə bu, yoxdur".

Ermənistan prezidentinin "qaynar xətt" təklifini Sputnik-ə dəyərləndirən millət vəkili Fəzail İbrahimli bu açıqlamanı hiyləgər və məkrli adlandırıb: "Bu, keçən müddət ərzində atəşkəs rejimini kimin pozduğunu sübut etmək üçün verilən hiyləgər, məkrli bir təklifdir. Dünya ictimaiyyətini aldatmaqdır. Sarkisyan demək istəyir ki, onlar təmizdir, pakdır və hətta bu təklifi irəli sürür ki, qoy dünya ictimaiyyəti görsün ki, Ermənistanın atəşkəsi pozmaq marağı yoxdur".

Millət vəkili deyib ki, başda Serj Sarkisyan özü olmaqla hansısa erməni siyasətçinin irəli sürdüyü təklifdə humanizm, həqiqət və səmimiyyət ola bilməz: "Tutaq ki, Azərbaycan tərəfi bu təkliflə razı deyil. Onda deyəcəklər ki, görürsünüz, mən atəşkəs təklifi irəli sürdüm, rəsmi Bakı qəbul etmədi. Bax budur, erməni hiyləsi, erməni məkri".

O, Azərbaycan tərəfinin bu təklifi necə dəyərləndirə biləcəyini isə belə izah edib: "Bu, dövlət rəsmiləri tərəfindən qiymətləndirilməlidir. Mənim onların adından danışmaq səlahiyyətim yoxdur. Mən sadəcə olaraq Sarkisyanın təklifinin fəlsəfəsini izah etdim. Ermənistan prezidenti çox hiyləgər bir gediş edib. Buna tutaq ki, "yox" cavabı demək, Azərbaycan tərəfini qınaqda qoyacaq, "hə" cavabı vermək isə bu təklifin müəllifi kimi Sarkisyanı ön plana çıxaracaq".

© Sputnik / STRQabil Hüseynli, politoloq
Qabil Hüseynli, politoloq - Sputnik Azərbaycan
Qabil Hüseynli, politoloq

Politoloq Qabil Hüseynliyə görə isə, Ermənistan tərəfi "qaynar xətt" təklifini irəli sürməklə işğalı əbədiləşdirməyi hədəfləyir. "Sarkisyanın çıxışı dələduzluğun bir formasıdır. Sən torpaqları işğal et, otur orda, sonra da öz torpağını istəyən xalqla qaynar xətt yarat ki, atəşkəsi pozmayaq", — o, Sputnik-ə açıqlamasında bildirib.

"Sən işğal etdiyin torpaqlardan çıxmaq haqqında düşün. Sülh yaratmaq haqqında düşün. Sənin əsgərlərin Azərbaycan torpaqlarında nə gəzir ki, bu "qaynar xətt" də yaradılsın? Necə bəyəm, mən "qaynar xətt" yaradaraq status-kvonu qoruyub saxlamalıyam? Qaynar xətt yaradıb sənin işğalını əbədiləşdirməliyəm? Bu təklif qarşı tərəfi hərifləməyin klassik formasıdır", — politoloq bildirib.

Q. Hüseynli əlavə edib ki, Ermənistan özünü sülh göyərçini kimi göstərib, dünya ictimai rəyini aldatmaq istəyir: "Rəsmi Bakının buna ən gözəl cavabı o olar ki, Ermənistana qoşunlarını çıxarmaq üçün təzyiq etsin".

Xəbər lenti
0