Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Saakaşvilinin gözlənilməz istefasının arxasındakı siyasi kombinasiya

© AP Photo / Shakh AivazovMixail Saakaşvili və Sandra Rulofs
Mixail Saakaşvili və Sandra Rulofs - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Poroşenko-Saakaşvili cütlüyünün komandası Radaya nəzarəti ələ keçirir - elə ciddi sayda mandat əldə edir ki, bu, digər partiyalarla hökuməti qurmaq üçün bazarlıq etməyə imkan verir"

BAKI, 10 noy — Sputnik. "Mixail Saakaşvilinin Odessanın qubernatoru postundan getməsi və Sandra Rudofsun Gürcüstan parlamentinin mandatından imtina etməsi — bu iki hadisə tamamilə bir-biri ilə əlaqəli deyil". Gürcü politoloq Gela Vasadze Sputnik-ə açıqlamasında belə deyib.

© Photo : STRГела Васадзе, грузинский политолог
Гела Васадзе, грузинский политолог - Sputnik Azərbaycan
Гела Васадзе, грузинский политолог

Eks-prezident Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rudofs Mərkəzi Seçki Komissiyasına müraciət edərək parlamentdəki mandatından imtina etdiyini bildirib. Xatırladaq ki, o, ötən ay Gürcüstanda keçirilən parlament seçkilərində "Vahid milli hərəkat" (VMH) partiyasının siyahısından deputat seçilmişdi. Bu, faktiki olaraq Saakaşvilinin Odessa vilayətinin qubernatoru postundan istefa verməsi ilə üst-üstə düşüb.

Vasadzenin sözlərinə görə, Rudofs lap başlanğıcda belə irimiqyaslı pozuntuların olduğu və demək olar ki, majoritar dairədə onun səslərinin oğurlandığı seçkilər nəticəsində parlamentə düşməyə hazırlaşmırdı: "Saakaşvili niyə gedib — bu, tamamilə başqa söhbətdir. Mən burada bir neçə variant görürəm".

"Birincisi — Poroşenkonun siyasi layihəsinin bir hissəsi olaraq qalmaqla, Saakaşvili öz köhnə dostu ilə razılaşma əsasında "müxalifət"ə keçir və özünün yeni partiyasının köməyi ilə hakimiyyətdən narazıların səsini toplayır. Poroşenko-Saakaşvili cütlüyünün komandası Radaya nəzarəti ələ keçirir — elə ciddi sayda mandat əldə edir ki, bu, digər partiyalarla hökuməti qurmaq üçün bazarlıq etməyə imkan verir", — politoloq qeyd edib.

İkinci varianta gəlincə: "Saakaşvili maliyyə və ölkənin hazırkı siyasi elitası arasında dəstək qazanaraq Ukraynada öz siyasi layihəsini reallaşdırmaq qərarına gəlib. Biz onu "islahatçı" layihə adlandırırıq. Belə olan təqdirdə, Saakaşviliyə dəstək verəcək qrupun maraqları aydındır. Bir qədər kölgəli obrazına baxmayaraq, o, fevralda keçiriləcəyi güman edilən növbəti seçkilərdə elektoral coker rolunu oynamaqda davam edəcək".

"Və nəhayət üçüncü variant: Saakaşvili hər şeydən bezib və o, hər şeyi dağıtmaq, bataqlığa çevrilmiş Ukrayna siyasi meydanını partlatmaq və yeni siyasi partiya yaratmaq qərarına gəlib. Əgər bu partiya "Təmizlənmə hərəkatı" zamanı buraxılan kobud səhvləri nəzərə alsa, onun Radaya növbəti seçkilərdə uğur qazanmaq şansları böyükdür", — Vasadze vurğulayıb.

Mixail Saakaşvili - Sputnik Azərbaycan
Mixail Saakaşvili istefa verdi

Bununla belə, onun fikrincə, sadalanan bu variantlardan hansının düz olduğunu, yəqin yalnız Saakaşvili bilir, o da axıradək yox: "Bir sözlə, hər şeyi zaman göstərəcək. Və unutmayaq ki, dəmir kanslerin dediyi kimi — siyasət, mümkün olanlar sənətidir".

Politoloq, bu mövzu kontekstində Saakaşvilinin Gürcüstandakı siyasi gələcəyi ilə bağlı variantları istisna etmir: "Birincisi, Saakaşvili özünü elə göstərə bilər ki, guya heç nə baş verməyib və növbəti dövrdə "Gürcü arzusu"nun hakimiyyəti səndələyən kimi partiyanın strukturları üzərində nəzarəti ələ keçirmək ümidi ilə partiyanın nominal lideri (bayrağı) olaraq qala bilər. Burada olduqca əhəmiyyətli məsələ budur ki, Saakaşvili tərəfdarları partiyanın yeni sədrinin seçkisini dayandıra və hər şeyi əvvəlki kimi saxlamağa nail ola biləcəklərmi?!".

"Onun partiya üzərində nəzarəti ələ keçirməsinə ehtiyac yoxdur, çünki yeni sədrin seçilməsindən imtina edilməsi faktının özü onu göstərir ki, elə və ya belə, bu post ölkəni tərk etməyə məcbur olmuş partiya liderinə məxsusdur. Çünki Saakaşvili fiquru partiyadakı kütlə arasında ciddi psixoloji əhəmiyyət daşıyır" — deyə ekspert bildirib.

Həmsöhbətimiz ikinci variant kimi qeyd edir ki, Saakaşvili partiyadakı kütləyə müraciət edərək qurultayda hazırkı rəhbərliyi hakimiyyətlə əlbir olmaqda günahlandıra və partiya üzərində nəzarəti qaytara bilər: "Bu mənada katiblik və Siyasi Şura dəyişə, maraqlı situasiya yarana bilər — VMH parlamentdə daha azsaylı fraksiya yaradaraq dövlət maliyyələşməsinə nail olur. Günahlandırılanlar təbii ki, öz fraksiyalarını yaradacaqlar və VMH-yə aid olmayacaqlar".

Vasadzenin qənaətincə, Saakaşvilinin köhnə partiya ilə yollarını tam ayıraraq yeni partiya yaratması da mümkün sonuncu variantdır: "Mən Saakaşvilinin Gürcüstanın siyasi həyatında saxlanılması üçün başqa variantlar görmürəm".

Xəbər lenti
0