Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dolların yenidən revanş götürməsinin səbəbini siz də bilin

© Sputnik / Maxim Bogodvid / Mediabanka keçidDollar
Dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Üçüncü devalvasiya dalğası gözlənilmir, ölkədə dollar ajiotajı üçün fundamental səbəblər yoxdur, amma manat ucuzlaşmaqda davam edir

BAKI, 24 okt — Sputnik. Son üç gün ərzində ölkəmizdə dollara olan tələbat nəzərəçarpacaq dərəcədə artıb. Kommersiya banklarında isə Amerika dollarının manata olan məzənnəsi sürətlə şişirdilməkdədir.

Dollar - Sputnik Azərbaycan
Dollar sürətini azaltmır

Qeyd edək ki, AR Mərkəzi Bankının rəsmi kursuna görə, bu gün 1 ABŞ dolları 1,6165 manat təşkil edir. Kommersiya banklarında isə əhaliyə dollar 1,67 kursu ilə satılır.

Valyuta bazarındakı bu qiymət artımının səbəblərindən biri də Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) əhalinin əmanətlərinin ödənilməsi ilə bağlı kompensasiyalar verməsidir. Bu gün əmanətçilərə təqribən 500 milyon manat qaytarılıb. Əmanətlərin sürətlə qaytarılması son günlər ADİF-in xətti ilə baş tutub. 14-19 oktyabr dövründə 153 milyon manat məbləğində kompensasiya ödənilib.

Bank bazarındakı qeyr-müəyyənliyi hesaba alsaq, əhali öz vəsaitlərini heç də əmanət şəklində bankda qorumaq arzusu ilə alışıb yanmır. İkirəqəmli inflyasiya dövrü kimi çətin zamanlarda vətəndaşlar əllərində olan vəsaiti dollara çevirirlər. Təəssüf ki, indiyə qədər əhalinin nağd vəsaitləri etibarlı şəkildə toplaması və qoruması üçün maliyyə alətləri yaradılmayıb.

Əldə olan vəsaitləri daşınmaz əmlaka yatırmaq və onu gələcəkdə icarəyə vermək də bir o qədər sərfəli deyil. Çünki bununla yalnız cüzi məbləğə qənaət etmək mümkündür. Aydın məsələdir ki, əhali əldəki manatdan mümkün qədər tez xilas olmaq istəyir. Valyuta bazarındakı ajiotajı isə Mərkəzi Bankın valyuta satışına dair göstəricilərinin aşağı olması və sessiyanın axırında kursun açıqlanmaması yaradır.

O da var ki, kursun oynaması ilə bağlı adi birja informasiyaları, ticarət sessiyası dövründə kursun maksimal və minimal olması, ortalama kurs, eyni şeyin ümumi və orta məbləği, əlbəttə sonda riskin böyüməsinə gətirib çıxarır.

Bankirlər Mərkəzi Bankın keçirdiyi hərraclarda dolları rəsmi kursla (misal üçün, 1 dolları 1,609 manata) alaraq onu əhaliyə şişirdilmiş qiymətlə, yəni öz marjası ilə (məsələn, 1 dolları 1,67 manata) satmaqla əlavə maddi mənfəət əldə etmək istəyirlər. Nə qədər ki, ADİF-in xətti ilə kompensasiya ödənişləri davam edir, manata təzyiqlər də davam edəcək.

Dollar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dollar yenidən bahalaşır

Bununla belə, ötən ilki və bu ilin əvvəllərindəki kimi dolların kursunun manata nisbətdə sürətlə qalxacağını, yaxud yeni dollar ajiotajını gözləmək lazım deyil. Mərkəzi Bank dövriyyədə manatla olan pul kütləsini nəzərçarpacaq dərəcədə azaldıb, banklardakı depozitlərin 80%-dən çoxu isə xarici valyutada (əsasən dollarda) saxlanılır. Əgər milli valyutanın dollar qarşısında kəskin ucuzlaşması üçün fundamental səbəblər olmasa, hökumət tərəfindən manatın üçüncü devalvasiyası həyata keçirilmədən də, proseslər hamar olacaq.

2016-cı ilin 1 sentyabrında əhalinin banka qoyduğu depozitlərin məbləği 7,931 milyard manat olub. Onlardan valyuta depozitlərinin payı 81,6% —ə bərabər idi. 2015-ci ilin nəticələrinə görə, əhalinin depozitlərinin məbləği 9,473 milyard manat, 2014-cü ildə 7,188 milyard manat, 2013-cü ildə 6,359 milyard manat, 2012-ci ildə isə 5,113 milyard manat təşkil edib.

Xəbər lenti
0