02:26 05 Dekabr 2016
Canlı yayım
İlham Əliyev və Serj Sarkisyanın Minsk qrupu həmsədrləri ilə birgə görüşü

"Azərbaycan bundan artıq güzəşt edə bilər?!"

Trend
TƏHLİL
Qısa URL
148 0 0

İlham Əliyevin Dağlıq Qarabağa dair bəyanatını şərh edən ekspertlərin fikrincə, Azərbaycan iki böyük problemi həll edə bilər

BAKI, 19 okt — Sputnik. "Prezidentin Dağlıq Qarabağa muxtariyyət verilməsi haqqındakı bəyanatına müsbət baxıram". Bunu Sputnik-ə açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.

Millət vəkili Fəzail İbrahimoğlu
bineqediyap.org.az
Fəzail İbrahimoğlu

Onun sözlərinə görə, bu bəyanat dünya ictimaiyyətinə verilən açıq mesajdır: "Prezident İlham Əliyevin Sputnik beynəlxalq informasiya agentliyinə verdiyi müsahibəsini izlədim. Dövlət başçısının "Dağlıq Qarabağa muxtariyyət verilə bilər" bəyanatı dünya ictimaiyyətinə birbaşa mesajdır. Həmçinin də ermənilərin işğalçılıq düşüncələrinə son qoyulmasıdır".

"Yadınıza salım ki, Sovet dövründə Qarabağa ərazi muxtariyyəti verilmişdi. Bu, millətlərin öz müqəddəratını təyin etmə haqqında beynəlxalq konvensiyalara uyğundur. Bununla biz iki böyük problemi həll etmiş oluruq: İşğal rejiminə son qoyulur, Azərbaycanın ərazi bütövlüyü təmin olunur. Və Qarabağda yaşayan ermənilərə də, öz müqəddəratını təyin etmə, yəni muxtariyyət statusu verilir. Bu Azərbaycan tərəfdən edilə biləcək ən böyük güzəştdir", — deyə F. İbrahimli bildirib.

Son vaxtlar Qarabağ probleminin həllinə dair həm Ankaradan, həm də Moskvadan müsbət açıqlamaların verilməsinə dair sualı da cavablandıran millət vəkili deyib ki, rəsmi Bakının tam etibar edəcəyi yeganə dövlət Türkiyədir: "Türkiyənin münasibəti həqiqətən də istiqanlıdır. Və səmimi şəkildə çalışır ki, bu problem beynəlxalq hüquqa uyğun həllini tapsın. Əlbəttə, Rusiya rəsmilərinin bəyanatları da xoşdur, ümid yaradır. Ancaq bilmək lazımdır ki, bu çıxışlar nə dərəcədə səmimidir".

Mövzunu Sputnik-ə dəyərləndirən, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli, Prezidentin müsahibə zamanı "ən yüksək status" sözünü işlətməsinə diqqət çəkib: "Yəni Muxtar Respublikadan bəhs edib. Bu, həm də özünü idarə etmək hüququ deməkdir. Muxtar Respublika demək, müstəqilliyə ən yaxın status deməkdir. Azərbaycan tərəfi bundan artıq nə edə bilər?".

Qabil Hüseynli, politoloq
© Foto: PUBLIC DOMAIN
Qabil Hüseynli, politoloq

Q. Hüseynlinin sözlərinə görə, əgər bu məsələdə razılıq əldə olunsa və Dağlıq Qarabağa muxtar respublika statusu verilsə, belə olan halda, o bölgənin əhalisi əsas büdcədən dotasiya ala bilər: "Həmçinin də Milli Məclisdə təmsil olunma haqları doğar".

Xatırladaq ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev iki gün öncə Sputnik-ə müsahibəsi zamanı, rəsmi Bakının Yerevan tərəfinə edilə biləcək maksimum güzəştin Dağlıq Qarabağa muxtariyyət verilməsi ola biləcəyini söyləyib.

Əlaqədar

İlham Əliyev: "Dağlıq Qarabağa dair məqbul güzəşt mümkündür"
İlham Əliyev Türkiyədə rus təyyarəsinin vurulmasının görünməyən tərəflərindən danışdı
İlham Əliyev: "Əgər biz razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər"
İlham Əliyev: Referendumda xalq siyasətimizə dəstəyini bir daha ifadə etdi
İlham Əliyev Sputnik-in suallarını cavablandırıb
Teqlər:
Fəzail İbrahimli, Dağlıq Qarabağ, Ermənistan, Qabil Hüseynli, Azərbaycan, prezident

Əsas mövzular