Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bəşər Əsədin ümid yolu: Türkiyə bu addımı atarsa...

© AFP 2023 / BULENT KILICBəşər Əsəd və Rəcəb Tayyib Ərdoğan
Bəşər Əsəd və Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər Ankara-Moskva yaxınlaşmasının Suriya böhranının həllində dönüş yaradacağı fikrinə birmənalı yanaşmırlar

BAKI, 18 okt — Sputnik. Bir neçə gün öncə Suriya prezidenti Bəşər Əsədin Rusiya mətbuatına müsahibəsində, Rusiya-Türkiyə yaxınlaşmasından məmnun olduğunu deyib. O, bu yaxınlaşmanın Suriyadakı problemin həllində yeganə ümid olduğunu bildirib.

© Photo : Yılmaz Altınsoyun şəxsi arxivindənPolitoloq Yılmaz Altınsoy
Politoloq Yılmaz Altınsoy  - Sputnik Azərbaycan
Politoloq Yılmaz Altınsoy

Suriya rəhbərinin açıqlamalarını Sputnik-ə dəyərləndirən türkiyəli jurnalist-yazar Yılmaz Altınsoy deyib ki, Moskva ilə Ankara arasında yaxınlaşma olsa da, iki ölkənin Dəməşq rejiminə baxışında heç bir dəyişiklik yoxdur: "Əslində Bəşər Əsəd doğru nöqtəyə işarə edib. Həqiqətən də Suriyadakı problemin həllində mövcud variantların içində ən yaxşısı Türkiyə ilə Rusiyanın əməkdaşlıq etməsidir. Ancaq Bəşər Əsəd özünü Suriyanın sahibi gördüyü üçün bu həll uzanır. Problem də məhz burdan qaynaqlanır. Dəməşq rejimində dəyişiklik olmadıqca bu ölkədəki müharibənin bitmə ehtimalı yoxa bərabərdir".

Ekspertin sözlərinə görə, əgər Bəşər Əsəd hakimiyyətdə qalmağa davam etsə, Suriyanın bölünməsi qacılmaz olacaq: "Suriyada fərqli dinə, millətə və ideologiyaya məxsus çoxlu sayda millət yaşayır. Təəssüf ki, Əsəd rejimi ucbatından bu gün həmin millətlər bir-birləri ilə savaşırlar. Son beş ildəki müharibə nəticəsində bu insanlar arasında nifrət o qədər çoxalıb ki, qısa zamanda onların bir araya gəlib sülh içində yaşaması demək olar ki, mümkünsüzdür".

"Ona görə hesab edirəm ki, bir ölkəni yox edən bu cür adam hakimiyyətdə qalmağa davam etsə, sadaladığım fərqli etnik və dini qruplar öz dövlətlərini yaratmağa çalışacaq. Suriyada hakimiyyətə elə şəxs gəlməlidir ki, fərqli görüşlərə sahib insanları bir araya gətirə bilsin", — siyasi şərhçi qeyd edib.

Azərbaycanlı millət vəkili Araz Əlizadə isə Rusiya — Türkiyə yaxınlaşmasının Suriya probleminin həllinə böyük töhfə verə biləcəyi qənaətindədir. "Hazırki situasiyada Bəşər Əsədin qarşısında çoxlu çıxış yolları yoxdur, onun imkanları məhduddur. Rusiya və İrandan başqa heç kim onun arxasında durmur. Ona görə də, Əsəd Moskva ilə Ankaranın yaxınlaşmasına ümid bağlayıb", — o, Sputnik-ə açıqlamasında bildirib.

© Photo : APAPolitoloq Araz Əlizadə
Politoloq Araz Əlizadə - Sputnik Azərbaycan
Politoloq Araz Əlizadə

Rusiya ilə Türkiyənin Əsəd barəsində hələ də fərqli düşündüyünü deyən Araz Əlizadə, bu vəziyyətin dəyişə biləcəyini də iddia edib: "Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçilin bir sözü vardı. O deyirdi ki, Britaniyanın daimi dostları və daimi düşmənləri yoxdur, daimi maraqları var. Hazırki vəziyyət də belədir. Yadınıza salım ki, vaxtilə Ərdoğanla Fətullah Gülənin arası çox yaxşı idi. Ancaq indi necə olduğunu özünüz görürsüz. Maraqlar üst-üstə düşəndə dost, əks halda düşmən olmaq mümkündür".

"Ona görə, əgər nə vaxtsa Türkiyə hakimiyyəti Bəşər Əsədə qarşı olan düşüncələrini dəyişsə, mən təəccüblənmərəm. Çünki rəsmi Ankaranın bölgədə, xüsusilə İraq və Suriyada ciddi maraqları var. Vaxtilə Türkiyə rus təyyarəsini vuranda düşündü ki, Qərb onun arxasında duracaq, qaçqınlar məsələsində maliyyə yardımı edəcək. Ancaq bu qarşılığı ala bilməyən Ərdoğan, geriyə dönüş edərək Rusiyadan üzr istədi və Kreml ilə yaxınlaşma yolunu tutdu", — millət vəkili söyləyib.

Xəbər lenti
0