20:23 07 Dekabr 2016
Canlı yayım
Türkiyə ordusu İraqda

"Türkiyə heç vaxt Mosula marağını gizlətməyib"

© REUTERS/ Revolutionary Forces of Syria Media Office/Handout
TƏHLİL
Qısa URL
Mosul şəhəri uğrunda mübarizə (15)
59 0 0

Ekspert: "Ankara istəyir ki, onun cənub sərhədləri boyunca bütün terror qruplaşmalarının dayaq nöqtələri dağıdılsın"

BAKI, 18 okt — Sputnik. İraq kürdlərinin peşmərgə döyüşçüləri, İraq hərbçiləri ilə birgə Mosul şəhərinin İŞİD terrorçularından azad oluması uğrunda əməliyyata başlayıblar. Bu haqda kürd komandanlığı bildirib.

Politoloq Tofiq Abbasov
© Sputnik / Murad Orujov
Politoloq Tofiq Abbasov

Mosulun şərqində yerləşən Hazir regionunda dörd minədək peşmərgə döyüşçüsü var. Kürd muxtariyyəti və İraq hökuməti arasındakı müqavilə çərçivəsində onlar üç cəbhədə İŞİD tərəfindən ələ keçirilən kəndləri azad etməlidirlər. Beynəlxalq koalisiya üzvlərinin hərbi təyyarələri də İŞİD mövqelərinə zərbələr endirərək əməliyyata dəstək verir.

Hadisələri Sputnik-ə şərh edən politoloq Tofiq Abbasovun sözlərinə görə, Türkiyə də Mosulun azad edilməsi ilə bağlı öz marağını gizlətmir: "Hətta ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, lazım gələrsə, Türkiyə öz köməyini əsirgəməyəcək və bu azadetmə əməliyyatında o da iştirak etməyə qadirdir".

"Lakin son günlər İraq və Türkiyə hökumətləri arasında yaşanan gərginlik səbəbindən İraq sırf öz gücündən istifadə etdi. İndi əməliyyata start verilib. Lakin Türkiyə maraqlıdır ki, onun cənub sərhədləri boyunca "İslam Dövləti" və digər böyük gücə malik terror qruplaşmalarının dayaq nöqtələri olmasın və elə Mosul ətrafında da onların hərbi bazaları dağıdılsın", — siyasi şərhçi bildirib.

Ekspertin fikrincə, əgər Mosul ən yaxın zamanda terrorçulardan azad edilərsə və nüfuzlu dövlətlər bunlara qarşı sərt və barışmaz mövqe tutarsa, bütün bu terror şəbəkəsinin infrastrukturu yaxın zamanda dağıla bilər: "Bölgədəki durum isə köklü sürətdə yaxşıya doğru dəyişəcək".

Qeyd edək ki, İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ilin iyun ayından "İslam Dövləti" terror qruplaşmasının əlindədir. Müxtəlif mənbələrə görə, orada 4.5 minədək döyüşçü yerləşir. Mosul əməliyyatının bu günə qədər İŞİD-ə qarşı ən böyük həmlə olacağı gözlənilir.

Mövzu:
Mosul şəhəri uğrunda mübarizə (15)

Əlaqədar

İŞİD-in Mosuldakı mövqelərinə artilleriya zərbələri endirilir
ABŞ PKK-nın Mosul əməliyyatına qatılmasına qarşıdır
Mosul bu tarixdə İŞİD-dən azad ediləcək
Barak Obama Rakka və Mosulun İŞİD-dən azad ediləcəyini bəyan edib
Gözlənilən əməliyyat başladı
Teqlər:
Türkiyə, əməliyyat, İŞİD, Mosul, kürd, İraq

Əsas mövzular