Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Türklər və ruslar düşmən ola bilməzlər"

© AFP 2023 / ALEXANDER NEMENOVВстреча Владимира Путина и Реджепа Тайипа Эрдогана в Санкт-Петербурге. 9 августа 2016 года
Встреча Владимира Путина и Реджепа Тайипа Эрдогана в Санкт-Петербурге. 9 августа 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Ahmet Akaydın: Qərb mediasında Ərdoğan və Putin haqqında sərt yazıların getməsi normaldır.

BAKI, 10 avq — Sputnik. Böyük Britaniyanın yüksək tirajlı "Independent" qəzeti bugünkü yazısında Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü barədə təhqiramiz ifadələrə yer verib.

Məşhur araşdırmaçı jurnalist Robert Fisk-in qələmə aldığı yazıda Putin rus çarı, Ərdoğan isə türk sultanı kimi təqdim olunub. "Sultan ilə Çarın görüşü" başlıqlı məqalədə hər iki liderin müasir dünya standartlarından geri qaldığı ifadə edilib.

İngilis jurnalist Robert Fisk, Qərb alyansının Ərdoğan üzərində heç bir sözünün keçmədiyini, bu səbəblə də artıq Türkiyəyə müttəfiq gözü ilə baxmağın mənasız olduğunu yazıb.
R.Fisk kinayəli tərzdə "əgər NATO və Avropa İttifaqı Suriya və qaçqın probleminin həllində sadiq müttəfiqləri Ərdoğana güvənə biləcəklərinə inanırsa, onları yenidən düşünməyə dəvət edirəm", deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan - Sputnik Azərbaycan
RUSİYA
Türkiyə prezidenti Sankt-Peterburqdadır
Məqalədə daha sonra qeyd olunub: "15 iyul çevriliş cəhdindən sonra Türkiyə ilə Qərbin arası kifayət qədər korlanıb. Rəsmi Ankara bu çevrilişin arxasında Amerika və NATO-nun durduğunu iddia edir. Və hadisədə günahkar bildiyi Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunmasını istəyir. Əgər Ankaranın bu tələbinə ABŞ müsbət cavab verməsə, yaxın vaxtlarda Adana vilayətindəki "İncirlik" hərbi bazası qapadılması gündəmə gələ bilər. Bu isə Qərb-Türkiyə münasibətlərinə sarsıdıcı zərbə vurar". 

Robert Fisk yazının davamında, Ərdoğana çevriliş olacağı ilə bağlı kəşfiyyat məlumatlarını Rusiya və İranın ötürdüyünü iddia edib:

"Çevrilişdən üç gün öncə Suriyanın Tartus limanındakı rus hərbi texniklər setdə Türkiyə tərəfdən bəzi hərbi danışıqlar eşidib. Bu danışıqlar tərcümə olunması üçün dərhal Moskvaya, Kremlə göndərilib. Maraqlıdır ki, elə həmin gün Putin özünə ən yaxın müşaviri (red:Aleksandr Duqini nəzərdə tutur) Ankaraya göndərir. Və həmin müşavir Ərdoğanın sağ qolu olaraq bilinən Melih Gökçeklə görüşür. Bu olanlar bir daha göstərir ki, çevrilişə hazırlıq xəbərini Ankaraya rus kəşfiyyatı çatdırıb. İran tərəfindən də Türkiyəyə 15 iyul çevrilişindən bir neçə gün öncə məlumatlar çatdırılıb".

"Independent" qəzetində yayımlanan məqaləyə münasibət bildirən Türkiyəli jurnalist Ahmet Akaydın, tək o qəzetin yox, ümumilikdə Qərb mediasının Putin-Ərdoğan görüşündən ciddi narahatlıq duyduğunu bildirib:

Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşü. 9 avqust 2016-cı il - Sputnik Azərbaycan
Ərdoğan: "Biz münasibətləri ən yüksək səviyyəyə qaldıracağıq"
"Qərb mediasında Ərdoğan və Putin haqqında sərt yazıların getməsi normaldır. Çünki onların gözləntilərinin əksinə olaraq, bu tarixi görüş baş tutdu. Amerika və Avropa iki ölkə münasibətlərinin korlanması üçün əlindən gələn hər şeyi etdi. Bacardılar da. Amma nəhayətində türk və rus siyasətçilərin ağlı qalib gəldi. Həm Putin həm də Ərdoğan oyunun fərqinə vardılar. Böhranın daha da uzanıb ciddi yaralar açmasına imkan vermədilər". 

Türkiyədə on minlərlə rus əsilli vətəndaşın daimi yaşadığını deyən A.Akaydın, bundan başqa hər il yüz minlərlə rusun ölkəsini ziyarətə gəldiyini söyləyib:

"Xüsusilə də cənab Putinin prezident seçilməsindən sonra, iki ölkə əlaqələri əvvəllər heç olmadığı kimi inkişaf etdi. Qarşılıqlı ticarət gücləndi. Türkiyəyə gələ rus turistlərin sayı birə beş artdı. Bu səfərlər minlərlə ailə qurulmasına, gediş-gəliş və qohumluq əlaqələrinə də müsbət təsir göstərdi. Artıq bizim ölkəmizdə hər 30-40 ailədən birində bir rus gəlin var. Liderlər bütün bunları görməzdən gələ bilməzlər. Qısacası, türklər və ruslar düşmən ola bilməzlər".

Xəbər lenti
0