Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Gülən şəbəkəsi Azərbaycanda çevriliş edə bilər?!

© AFP 2023 / ADEM ALTANAnkarada tələbələrin etiraz mitinqi. 21 iyul 2016-cı il
Ankarada tələbələrin etiraz mitinqi. 21 iyul 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Zərdüşt Əlizadə: Azərbaycanda hökumətdən savayı ikinci bir qüvvə yoxdur.

BAKI, 1 avq-Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarından birində Fətullah Gülənin terror təşkilatına qarşı mübarizənin digər ölkələrdə də başlaması zərurətinə toxunub.

Bu çıxışdan sonra Türkiyə KİV-ləri FETÖ-nün (Fətullah Terror Təşkilatı) daha hansı ölkələrdə nüfuz sahibi olmasından yazır. Və bu kontekstdə Azərbaycanın da adı tez-tez çəkilir.

Sputnik Star qəzetinə istinadən xəbər verir ki, mövzuya yaxından bələd olan yazar Latif Ərdoğan FETÖ-nün 80-ə qədər ölkədə nüfuz sahibi olduğunu deyib. Lakin onun fikrincə 15 iyul hərbi çevriliş cəhdi hər şeyi dəyişdirib. Ərdoğana görə Türkiyəni ələ keçirmək istəyən FETÖ-nün məktəblər açdığı başqa ölkələrdə də eyni yolla hakimiyyətləri ələ keçirməyə cəhd etməsi istisna deyil.

Fətullah Gülən Pensilvaniyadakı mənzilində. ABŞ, 29 iyul 2016 - Sputnik Azərbaycan
YAZARLAR
Türk politoloqdan Fətullah Gülən şəbəkəsi barədə dəhşətli iddialar
"Şəbəkənin 35 il əvvəl təşkilatlanmağa başladığı ölkələr olan Azərbaycan, Qırğızıstan, Türkmənistan kimi türkdilli respublikalarda çevrilişə cəhd etmək potesialı var. Son 40-20 il arasında 80-ə qədər ölkədə təşkilatlanıblar. Afrika respublikalarında daha təsirli ola bilərlər. Lakin bu çevriliş cəhdləri Gülənin kefi istəyəndə yox, Mərkəzi Kəşfiyyat İdarəsi istəyəndə baş verəcək"-Ərdoğan deyib.

Mövzunu Sputnik üçün şərh edən politoloq Zərdüşt Əlizadə, Gülən şəbəkəsinin Azərbaycanda çevriliş etmə şanslarının mümkün olmadığını deyib:

"Bu heç bir əsası olmayan səfeh məlumatdır. Çevriliş üçün hansısa mütəşəkkil qüvvə və bünövrə olmalıdır. Türkiyədə bu ordu idi. Azərbaycanda isə hökumətdən başqa heç bir mütəşəkkil güc yoxdur. Qaldı ki, ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin Gülən şəbəkəsindən ölkəmizdə istifadə etməsinə, istənilən plan hansısa yerli strukturlara söykənməlidir. Azərbaycanda bu cür yerli qurumlar yoxdur. Gülən şəbəkəsinin nə bizim orduya, nə də dövlət qurumlarına sızma ehtimalı mövcud deyil. Təkrar edirəm, bizim ölkəmizdə hökumətdən savayı ikinci bir qüvvə yoxdur".

Star qəzeti yazarı Latif Ərdoğanın iddiasına Türkiyəli politoloq Yılmaz Altınsoy da münasibət bildirib. Politoloq Sputnik-ə açıqlamasında, Gülən təşkilatının Azərbaycanda özlərinə yer edə bildiklərini, amma Türkiyədəki qədər güclü olmadığını söyləyib:

"Bizim ölkəmizdə 17-25 dekabr 2011-ci il tarixində sivil çevrilişə cəhd edilmişdi. O zaman, dövlətin yuxarı orqanlarını rüşvət iddiaları ilə zəiflətmək istədilər. Həmin vaxt bunu edənlər Fətullah Gülən şəbəkəsi idi. Mən bildiyim qədəri ilə, elə o vaxt prezident Ərdoğan həmkarı İlham Əliyevə bu şəbəkə barəsində diqqətli olmağı məsləhət görmüşdü. Ərdoğanın və Türkiyə Milli Kəşfiyyat İdarəsinin dediklərini diqqətə alan Azərbaycan hökuməti dövlət qurumlarında təmizlik işləri aparmışdı. Yəni təşkilata güclü zərbə vurulmuşdu. Ona görə, mən Latif Ərdoğanın iddiası ilə razı deyiləm. Gülən şəbəkəsi Azərbaycanda çevriliş edə bilməz. Çünki onların belə gücü olduğunu düşünmürəm".

Xəbər lenti
0