Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyəli millət vəkili: "Bircə çıxış yolumuz qalıb..."

© AFP 2023 / BULENT KILICRəcəb Tayyip Ərdoğan və Bəşər Əsədin görüşü. 7 iyun 2010, İstanbul
Rəcəb Tayyip Ərdoğan və Bəşər Əsədin görüşü. 7 iyun 2010, İstanbul - Sputnik Azərbaycan
Abunə olmaq
Yusuf Halaçoğlu: "Türkiyə rəhbərliyi Bəşər Əsədlə yenidən eyni masaya oturmalıdır. Suriyada sabitlik bərpa edilmədən İŞİD də bitməz, başqa terror qrupları da"

BAKI, 29 iyun — Sputnik. "Yaxın Şərqdə çox ciddi qarışıqlıq yaşanmaqdadır. Bu vəziyyət dərhal sona çatdırılmalıdır, əks təqdirdə daha çox terror hadisələrinə şahid ola bilərik".

© Photo : OnedioYusuf Halaçoğlu, MHP-li millət vəkili, Türkiyə
Yusuf Halaçoğlu, MHP-li millət vəkili, Türkiyə - Sputnik Azərbaycan
Yusuf Halaçoğlu, MHP-li millət vəkili, Türkiyə

Bunu Sputnik-ə açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusuf Halaçoğlu deyib. "İstanbuldakı terroru İŞİD-in törətdiyi bildirilir. Təşkilat qurmuş olduğu saxta xəlifəliyin 2-ci ili münasibətilə bu hücumu törətdiyini açıqlayıb. Xüsusilə də mübarək Ramazan ayında bu ölçüdə qətliama girişməyə ad qoymaq mümkün olmur", — millət vəkili vurğulayıb.

Onun sözlərinə görə, bu təfəkkürün, vəhşiliyin İslam dini ilə heç bir əlaqəsi yoxdur: "Sivil, günahsız insanların üzərinə "koloşnikov"la güllə yağdırmaq, bombalarla onları partlatmaq bir daha göstərir ki, bunu edənlər insanlıqdan nəsibini almayıblar".

Y. Halaçoğlu Yaxın Şərqin bu vəziyyətə düşməsində əsas təqsirkarın Avropa olduğunu bildirib: "Vəziyyətin bu yerə çatmasında ən böyük təqsirkar Avropadır, Qərbdir, Avropanın Yaxın Şərq siyasətidir. Regiona sözdə demokratiya və insan haqlarını gətirməyə çalışan Qərb, çox yanlış bir siyasətə girişdi. Və bu gün bölgədə meydana gələn bütün hadisələrin səbəbkarı Qərbdir".

MHP-li vəkil ard-arda yaşanan terror aktlarından sonra Türkiyənin təkbaşına Suriyaya girmə ehtimalını da dəyərləndirib: "Bu o qədər asan bir şey deyil. Ancaq dəqiq bir şey söyləyə bilərəm ki, Türkiyə bu böhranı hansısa şəkildə həll etməyə məcburdur. Başqa çarəsi yoxdur".

"Nə edirsək edək, bu terror təşkilatını ortadan qaldırmağa çalışmaq lazımdır. Əgər lazım gələrsə, Bəşər Əsədlə masaya oturub yenidən Suriyanın bütövlüyünü bərpa etmək barədə ciddi addımlar atıla bilər. Çünki Suriya artıq nəzarətdən çıxmış vəziyyətdədir. Bu ölkədə sabitlik bərpa olunmadan, İŞİD də bitməz, başqa terror qrupları da. Dolayısı ilə Türkiyəni idarə edənlər artıq bunu anlamalıdır", — MHP-li siyasətçi qeyd edib.

Xatırladaq ki, dünən gecə İstanbul Atatürk hava limanında baş verən terakt nəticəsində 41 nəfər ölmüş, 147 nəfər yaralanmışdı. Baş nazir Binəli Yıldırım terrorun "İslam dövləti" terror qruplaşması tərəfindən törədildiyini demişdi.

Xəbər lenti
0