Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanda pedofillərin axtalanmasına ehtiyac varmı?

© Photo : Picsfab.comTənha uşaq. Arxiv şəkli
Tənha uşaq. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili bu cəza növünün çıxış yolu olmadığını düşünür və tətbiq olunmasını məqbul saymır. Sosioloq isə problemin bir neçə həlli yolunun olduğunu deyir.

BAKI, 23 apr — Sputnik. "Mən bir millət vəkili kimi, kimyəvi axtalanmanın tərəfdarı deyiləm. Çünki bu, müasir cəmiyyətin inkişaf yolu deyil".

Bunu Sputnik-ə açıqlamasında Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib. Azyaşlı uşaqların cinsi istismarına görə kimyəvi axtalanma ilə bağlı Qazaxstanda qəbul edilən qanunu şərh edən millət vəkili, bu mövzunun Azərbaycanda aktual olmadığını bildirib.

Ağlayan uşaq. Arxiv şəkli - Sputnik Azərbaycan
Pedofilləri məcburi şəkildə axtalayacaqlar

"Azərbaycanda bu məsələ o qədər də aktual deyil. Lakin, mən rus mətbuatını da izləyirəm, Rusiyada cinsi istismara məruz qalan uşaqlar mövzusu olduqca aktualdır. Mən hesab edirəm ki, əgər hər hansı uşağın başına o iş gəlirsə, bu, ilk növbədə həmin uşağın valideyninin günahıdır. Çünki uşağı qorumaq, ona nəzarət eləmək lazımdır", —deputat vurğulayıb.

Bəs yetimlər?

Valideyn himayəsindən məhrum olmuş uşaqlara gəldikdə isə: "Onlar dövlət uşaq evlərində kifayət qədər qorunurlar. Digər hallarda isə, valideyn uşağını gərək nəzarətsiz qoymasın".

G. Baxşəliyeva hesab edir ki, azyaşlı uşaqları cinsi istismara məruz qoyanlara qarşı indiyədək hansı qanun qəbul edilibsə, o qanunların qalması daha məqbuldur: "Azərbaycan cəmiyyətində "Pederasiya" kimi tanınan bu hal o qədər də aktual deyil. Qazaxıstanda bu məsələ nə dərəcə aktualdır, onu bilmirəm. Məsələn, Rusiyada bu mövzu daim gündəmdədir".

Millət vəkilinin sözlərinə görə, kimyəvi axtalanma cəzasını qəbul edən bir çox Qərbi Avropa ölkəsində hazırda əks proses gedir: "Axtalanma ilə bağlı qanunlar qəbul edən bir çox Avropa ölkəsində hazırda əks proses gedir. Sizə bir nümunə deyə bilərəm. Qərbi Avropa ölkələrinin birində uzun müddət bir kişi barəsində məhkəmə gedirdi. Hansı ki, həmin şəxs vergi müfəttişi olub. Məhkəmədə müəyyən olundu ki, həmin o uşaq özü kişini təhrik edib. Telefon danışıqları, videolar hamısı dəlil kimi ortaya qoyuldu. Aydın oldu ki, kişi dəfələrlə uzaqlaşmaq istəyib, ancaq 10 yaşlı qız ondan əl çəkməyib, ona onu sevdiyini deyib".

"Avropada hazırda belə müzakirələr gedir ki, əgər uşaq özü qarşı tərəfi təhrik edibsə, təkid eləyibsə kişini məhkum etmək lazımdır, ya yox? Yəni deməyim odur ki, bu cür hallar da ola bilər", — millət vəkili qeyd edib.

Deputat, oğlan və ya qız olmasında asılı olmayaraq, azyaşlılar üzərində zorakılıq hallarının yolverilməz olduğunu düşünür: "Belə hadisəni törədən adamlar qəti cəzalarını almalıdır. Lakin kimyəvi axtalanmanın tərəfdarı deyiləm. Çünki bu, müasir cəmiyyətin inkişaf yolu deyil".

Problemin həlli yolları

Sosioloq Cavid Şahmalıyev isə deyir ki, hər bir sosial problemin həlli ilə bağlı, müxtəlif ölkələrdə müxtəlif qanunvericiklər, variantlar var: "Bu cür qanunları qəbul etmədən öncə gərək ilk növbədə həmin ölkənin reallıqları araşdırılsın. O cümlədən də Azərbaycanın".

Ekspert problemin həlli variantlarını ardıcıllıqla belə sıralayıb:

Məryəm Şahverdiyeva - Sputnik Azərbaycan
HADİSƏ
Şeirə görə cəza kəsilib

— Birinci növbədə araşdırılmalıdır ki, bizdə yetkinlik yaşına çatmayan şəxslər cinsi istismara nə qədər məruz qalır? Bunun statistikasını bilmirik;
— İkinci növbədə araşdırılmalıdır ki, əgər belə uşaqlar varsa və bu cinayəti törədən insanlara qarşı hansı cinayət proseduru tətbiq olunur və effekti nə qədərdir? Yəni bu cür insanlar həbsxanadan çıxdıqdan sonra yenə həmin cinayətə əl atırlarmı, yoxsa yox?
— Üçüncü məsələ ondan ibarətdir ki, cinayətin baş vermə halı araşdırılmalıdır. Misal üçün, belə cinayətlər harada baş verir? Ailə daxilindəmi, yoxsa uşaq müəssisələrindəmi?
— Və son nəticədə qərar verilməlidir ki, bizdə problemə yanaşma necə olmalıdır?

Sosioloq qeyd edib ki, hər bir cəzanın məqsədi cəmiyyətdə rifahı artırmaqdır: "Yəni həmin cinayətin yenidən təkrarlanmasının qarşısını almaq. Lakin yenə də ifadə etmək istəyirəm ki, sosial elmlər bizə problemin kökünü araşdırmağı öyrədir. Daha sonra problemin həlli variantları araşdırılmalıdır. Yəni hər hansı sərt cəza ilə iş bitmir. Ona qalsa, Azərbaycanda məişət səviyyəsində olan cinayətlərə qarşı ciddi cəzalar mövcuddur, ancaq hamımız da görürük ki, xeyri yoxdur. Demək olar, hər gün məişət cinayətləri yaşanır".

Xəbər lenti
0