Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanda solçu ideyalar inkişaf edə bilərmi?

© Wikipediamitinq
mitinq - Sputnik Azərbaycan
Abunə olmaq
Protest elektoratı solçuluq barədə geniş məlumata malik deyil. Lakin yaranmış vəziyyətdə Azərbaycanda solçu ideyaları kifayət qədər populyarlaşdırmaq mümkündür. Yaşlı nəslin sosializm xiffəti elektoral baza toplamağa yardım edə bilərdi.

BAKI, 29 mart — Sputnik. Qiymət artımı, iqtisadi böhran, sosial ədalətsizlik. Bütün bu amillər sol təmayüllü təşkilatların güclənməsinə səbəb olmalı idi. Lakin Azərbaycanda solçular fəal deyil. Əslində liberal düşərgənin süqutu da solçuların meydana çıxmasına səbəb yaradır.

Obama və Putin - Sputnik Azərbaycan
TƏHLİL
Azərbaycanın gələcək inkişafı bu amildən asılıdır

Belə ki, liberal düşərgədən ibarət olan sistemdənkənar siyasi təşkilatların meydana çıxması zamanın tələbidir. Sosial tələblərlə meydana çıxacaq solçular taktika, strategiya, proseslərə yanaşma tərzi ilə liderlər ətrafında birləşən protest elektoratını ideologiya ətrafında birləşdirib, mübarizə aparmalı idilər. Lakin bu, baş vermədi.

Posttarix dövrü yeni yanaşma tələb edir. 20 illik tarix geridə qaldı. İndi yeni tarix başlayır. Lakin Azərbaycan reallığında, maliyyə və digər resurslar olmadan, siyasi iddia ilə çıxış etməyin heç bir mənası yoxdur. Lakin insanların kasıblaşması solçu gəncliyin tamamilə yeni mübarizə üsullarından istifadə edəcəyini aktual edir. Yeni, sistemdənkənar, modern düşüncə tərzi olan solçu gənclərin siyasətə gəlməsi bəlkə də nələrisə dəyişə bilərdi.

Siyasi tələblərlə mitinqlərin keçirilməsi, blokların yaradılması və s. artıq hamını təngə gətirən mübarizə üsullarıdır. Əlbəttə ki, mitinqlər keçirilməlidir. Lakin şüar və təşkilatçılar dəyişməlidir. Gənc liderlər, tələbələr sosial tələblərlə insanların itmiş inamını qaytara bilərdilər.

Digər tərəfdən, müxalifətdaxili intriqalarda qocalan siyasətçilərdən fərqli olaraq bir-birlərini düşmən hesab etməyən və ancaq sosial tələblərlə çıxış edən gənclərin əvəzləməsi də mümkün idi. Demokratiya savadlı xalqın hakimiyyətidir. Odur ki, gənclərin siyasi savadını artırması, dünyanın siyasi liderlərinin təcrübəsini öyrənməsi, məşhur ideoloqların əsərlərini mənimsəməsi, ideologiyalar barədə elmi biliklərə sahib çıxması son dərəcə vacibdir. Azərbaycan gəncliyi bu məsələdə xeyli geri qalır. Cəsarət və qətiyyət var, lakin siyasi savad yetərincə deyil. Solçu və sağçı gənclik eyni problemi yaşayır.

Lakin istənilən halda, yaranmış vəziyyətdə solçu ideyalar aktuallaşa bilər. Düzdür, ölkə əhalisinin tam əksəriyyətinin müsəlman olduğunu nəzərə alsaq, kommunist təmayüllü təşkilatların yarana biləcəyi də real görünmür. Bu mərhələdə azad ticarət və biznesə dəstək verən islamçıların daha cəlbedici ola biləcəklərini ehtimal etmək mümkündür. Bu baxımdan, islamçıların nüfuzunun artması daha realdır. Azərbaycanda 70 il hökm sürən kommunist ağalığı nəticəsində insanlarda solçuluğu təmsil edən təşkilatlara qarşı nifrət yaranıb.

Marine Le Pen, présidente du Front national - Sputnik Azərbaycan
Fransada sağçılar və solçuların davası

Digər tərəfdən, hazırda Azərbaycanda partiyaların hamısı ciddi ideoloji böhran yaşayır. Ölkənin aparıcı sağ partiyaları sol platforma ilə çıxış etməyə başlayıb.

Protest elektoratı solçuluq barədə geniş məlumata malik deyil. Lakin yaranmış vəziyyətdə Azərbaycanda solçu ideyaları kifayət qədər populyarlaşdırmaq mümkündür. Yaşlı nəslin sosializm xiffəti elektoral baza toplamağa yardım edə bilərdi. Baxmayaraq ki, bu, baş vermədi, ölkədə müəyyən təbəqə sol ideyalara rəğbət bəsləməyə başlayıb.

İnqilab tərəfdarı olan təbəqə də radikal solçuluğa meyl edir. Onlar sosial ədalətin kəskin, sərt yolla bərpa olunmasını istəyirlər. Sağçılardan ümidini kəsən təbəqə radikal sola meyllənməyə başlayıb. Sosial ədalət bərpa olunana qədər solçu ideyalar artan xətlə inkişaf edə bilər…

Xəbər lenti
0