Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə Vaşinqton-Bakı gərginliyinə imkan verməyəcək

© Facebook/Yaşar SalehogluYaşar Hacısalehoğlu - Türkiyənin "Yeni Yüzyıl Universiteti"nin Siyasi elmlər və Beynəlxalq əlaqələr üzrə professoru
Yaşar Hacısalehoğlu - Türkiyənin Yeni Yüzyıl Universitetinin Siyasi elmlər və Beynəlxalq əlaqələr üzrə professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Yaşar Hacısalehoğlu: Azərbaycanla ABŞ-ın münasibətlərinin korlanması heç kimə fayda verməyəcək.

BAKI, 24 dek — Sputnik. "ABŞ-la Azərbaycan arasında ola biləcək hər hansı gərginlik Türkiyəni də narahat edəcək".

Bu barədə Sputnik-ə özəl müsahibəsində Türkiyənin "Yeni Yüzyıl" universitetinin professoru, beynəlxalq əlaqələr üzrə ekspert Yaşar Hacısalehoğlu deyib.
Türk-rus gərginliyi fonunda regionda olduqca mürəkkəb vəziyyət yarandığını deyən professor, əlavə gərginliyin yükünü qaldırmağın çətin olacağını bildirib.

"Azərbaycanla ABŞ-ın münasibətlərinin korlanması heç kimə fayda verməyəcək. Bu Türkiyəyə də birbaşa təsir edə bilər. Çünki ABŞ Türkiyə ilə müttəfiqdir. Güman edirəm ki, Ankara, Vaşinqton-Bakı gərginliyinin artmasına imkan verməyəcək" — deyə ekspert əlavə edib.

Президент Ильхам Алиев на первом заседании Милли Меджлиса (парламента) пятого созыва - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycan ABŞ siyasi elitasını ölkəyə buraxmaya bilər

Azərbaycan Milli Məclisinə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi təqdim olunub.

Sözügedən qanun layihəsinin müəllifi Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayevdir.

Rövşən Rzayev bu layihəni ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smitin Konqresə təqdim etdiyi "Azərbaycan Demokratiya aktı" adlı layihəyə alternativ olaraq hazırlayıb.
Layihədə bildirilir ki, müstəqillik illərində Azərbaycan bir sıra ölkələrin, xüsusən də ABŞ-ın müxtəlif qurumlarının ayrı-ayrı vaxtlarda nümayiş etdirdiyi ikili standartlarla üz-üzə qalıb: "Bu qurumlar müstəqil siyasət yürüdən digər dövlətlər kimi, Azərbaycanı da öz təsiri altında saxlamağa, müxtəlif üsullarla onun daxili və xarici siyasətinə müdaxilə etməyə cəhd göstərir. Belə üsullardan biri də insan hüquqları və demokratiya kimi məsələlərdə qərəzli və birtərəfli mövqe tutaraq, ölkəni daim təzyiq altında saxlamaqdır".

Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Yardım Proqramı (İSAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakının dayandırılması, ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunması, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanılması layihədə əksini tapıb.

Xəbər lenti
0